“Benfika”nın quş təlimçisi 110 kq kokainə görə həbs edilib

14.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Portuqaliyanın Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları “Benfika”nın talismanı olan ağbaş qartal Vitoriya ilə işləyən 46 yaşlı təlimçini saxlayıblar.

İdman.Biz “Correio da Manhã”ya istinadən xəbər verir ki, Joao Paulu Santuş Lissabon hava limanında 110 kiloqram kokain müsadirə olunduqdan sonra nəzarətə götürülüb.

Santuş yırtıcı quşların təlimi ilə məşğul olan və “Benfika”nın vaxtaşırı xidmətlərindən istifadə etdiyi şirkətdə çalışır. O, ötən il Vitoriyanı komandanın matçına çıxarıb və “Benfika”nın digər tədbirlərində iştirak edib.

“Benfika” açıqlama yayaraq həmin şəxsin klubun əməkdaşı olmadığını bildirib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью