“Benfika”nın quş təlimçisi 110 kq kokainə görə həbs edilib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Portuqaliyanın Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları “Benfika”nın talismanı olan ağbaş qartal Vitoriya ilə işləyən 46 yaşlı təlimçini saxlayıblar.
İdman.Biz “Correio da Manhã”ya istinadən xəbər verir ki, Joao Paulu Santuş Lissabon hava limanında 110 kiloqram kokain müsadirə olunduqdan sonra nəzarətə götürülüb.
Santuş yırtıcı quşların təlimi ilə məşğul olan və “Benfika”nın vaxtaşırı xidmətlərindən istifadə etdiyi şirkətdə çalışır. O, ötən il Vitoriyanı komandanın matçına çıxarıb və “Benfika”nın digər tədbirlərində iştirak edib.
“Benfika” açıqlama yayaraq həmin şəxsin klubun əməkdaşı olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:“Benfika”nın kapitulyasiyası... Foto
17 Sentyabr 2025 01:23
“Benfika”nın yeni transferi
04 Fevral 2025 15:43
“Benfika”nın futbolçusu: “Ağırdır”
05 Sentyabr 2026 21:33
“Benfika”nın prezidenti həbs oluna bilər
07 Oktyabr 2025 11:12
Benfika nın prezidenti həbs edilə bilər
07 Oktyabr 2025 15:14
Baxış sayı:172
Bu xəbər 14 Sentyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















