Icma.az bildirir, Qol.az portalına istinadən. “Qarabağ”ın futbolçusu Yassin Benzia klubdan maaşının artırılmasını tələb edir.
30 yaşlı futbolçunun klubla müqaviləsi bu yay başa çatır. QOL.az-a çatan xəbərə görə, Benzia “Qarabağ”da qalmaq istəyir, bir şərtlə ki, yeni
Əlcəzairli oyunçunun hazırda Ağdam klubunda bir mövsümlük qazancının 700 min manata yaxın olduğu iddia edilir.
Klub özü futbolçunun maaşını açıqlamır. Tərəflər yeni müqavilə imzalamaq istəyirlər.
Klub rəsmiləri bur müddət əvvəl Benzia ilə danışıqlar apardıqlarını bildiriblər.
Futbolçu özü də aprelin 11-də azərbaycanlı jurnalistlərə açıqlamasında “Qarabağ”la müqaviləni uzatmaq üçün danışıqlar apardığını təsdiq edib.
Amma o, yeni mövsümdə klubda qalıb-qalmayacağı barədə suala qeyri-müəyyən cavab verib.
“İndi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam.