Icma.az
close
up
RU
Benzianı “Qarabağ”dan getməyə həvəsləndirən kimlərdir?

Benzianı “Qarabağ”dan getməyə həvəsləndirən kimlərdir?

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Qarabağ”ın futbolçusu Yassin Benzia klubdan maaşının artırılmasını tələb edir. 30 yaşlı futbolçunun klubla müqaviləsi bu yay başa çatır

QOL.az-a çatan xəbərə görə, Benzia “Qarabağ”da qalmaq istəyir, bir şərtlə ki, yeni müqavilədə onun maaşı artırılsın. Əlcəzairli oyunçunun hazırda Ağdam klubunda bir mövsümlük qazancının 700 min manata yaxın olduğu iddia edilir. Klub özü futbolçunun maaşını açıqlamır.

Tərəflər yeni müqavilə imzalamaq istəyirlər. Klub rəsmiləri bur müddət əvvəl Benzia ilə danışıqlar apardıqlarını bildiriblər. Futbolçu özü də aprelin 11-də azərbaycanlı jurnalistlərə açıqlamasında “Qarabağ”la müqaviləni uzatmaq üçün danışıqlar apardığını təsdiq edib. Amma o, yeni mövsümdə klubda qalıb-qalmayacağı barədə suala qeyri-müəyyən cavab verib. 

İndi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam. Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək” - deyə futbolçu bildirib.

Benzia “Qarabağ”da qalmağı həm də ona görə istəyir ki, bu komanda Avropa kuboklarının daimi iştirakçısıdır. Və hər bir futbolçu bu yarışların əsas mərhələsində oynamağı və özünü göstərməyi istəyir. 

Amma o biri tərəfdən ona gələn cəlbedici təkliflər futbolçunun getmək həvəsini artırır.

Bu arada Əlcəzairin bir neçə media qurumu Yassin Benzianın mövsümün sonunda klubu tərk edəcəyini yazıb.
Onun karyerasında yeni bir mərhələ başlanacağı iddia olunub. Benzianın yeni mövsümdən Səudiyyə Ərəbistanında oynayacağı bildirilib. Bildirilir ki, 30 yaşlı futbolçunu maliyyə imkanları cəlb edir.

Ağdam klubunda uğurlu çıxışından sonra Benzia 2024-cü ilin mart ayında yenidən milliyə çağırılıb. Əlcəzairin “DZfoot” saytının məlumatına görə, məhz millidəki bəzi komanda yoldaşları Benzianı “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanında oynamağa təşviq edir. Onlar özləri də həmin liqada çıxış edirlər. Sayt yazır ki, Benzia bu futbolçuların söhbətlərindən təsirlənib. Söhbət konkret olaraq Riyad Mahrez (“Əl-Əhli”), Houssem Aouar (Əll-Ittihad”) və Saif Benrahmadan (NEOM SC) gedir.

Qeyd edilir ki, bəzi aparıcı Səudiyyə Ərəbistanı klubları onunla maraqlanır. Onların adları açıqlanmayıb. Lakin qeyd edilir ki, Benzia “Qarabağ”dan ayrılsa, karyerasının ən bahalı müqaviləsinə imza atacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see450

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see342

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see307

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see303

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see296

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see265

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see255

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see255

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see246

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see242

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see241

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see222

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see216

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see214

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see194

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see192

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see190

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see185

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see184

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri