Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. “Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddi
Avtosfer.az xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.
Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə “Şamaxinka”da yerləşən “Lukoil” YDM-dən yanacaq əvəzinə su vurublar.
Mövzu ilə bağlı Avtosfer.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun bildirib ki, yanacaqla bağlı ölkədə ciddi problem yaşanır.
Təəssüflər olsun ki, bu sahəyə heç bir qurum tərəfindən nəzarət yoxdur və burada ən çox çətinlik çəkənlərdən biri də elə biznes qurumlarının özləridir.“Yəni xaricdən avtomobil gətirən distribütorlar böyük problemlərlə üzləşirlər.
Mənə gələn informasiyalar göstərir ki, alınan yeni nəsil avtomobillərin mühərriki tez bir zamanda sıradan çıxır.
Rəsmi distribütor məcbur olur ki, zəmanət müddəti bitənə qədər mühərriki dəyişsin. Nədənsə onlar da səslərin çıxarmağa qorxurlar.
Avtomobil distribütorları ilə söhbət etdiyim zaman dəfələrlə demişəm ki, benzin yoxlanılması üçün olan cihazı ictimai təşkilata verin, ondan istifadə edin və sizə məhkəmələrdə kömək edək.