Icma.az
close
up
RU
Benzin mafiyası o qədər güclüdür ki... “Lukoil” etiraf etdi; benzinə su qarışıb

Benzin mafiyası o qədər güclüdür ki... “Lukoil” etiraf etdi; benzinə su qarışıb

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

“Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddia irəli sürülüb.

Avtosfer.az xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib. Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə “Şamaxinka”da yerləşən “Lukoil” YDM-dən yanacaq əvəzinə su vurublar.

Mövzu ilə bağlı Avtosfer.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun bildirib ki, yanacaqla bağlı ölkədə ciddi problem yaşanır. Təəssüflər olsun ki, bu sahəyə heç bir qurum tərəfindən nəzarət yoxdur və burada ən çox çətinlik çəkənlərdən biri də elə biznes qurumlarının özləridir.“Yəni xaricdən avtomobil gətirən distribütorlar böyük problemlərlə üzləşirlər. Mənə gələn informasiyalar göstərir ki, alınan yeni nəsil avtomobillərin mühərriki tez bir zamanda sıradan çıxır. Rəsmi distribütor məcbur olur ki, zəmanət müddəti bitənə qədər mühərriki dəyişsin. Nədənsə onlar da səslərin çıxarmağa qorxurlar. Avtomobil distribütorları ilə söhbət etdiyim zaman dəfələrlə demişəm ki, benzin yoxlanılması üçün olan cihazı ictimai təşkilata verin, ondan istifadə edin və sizə məhkəmələrdə kömək edək. Lakin onlar cihazı ictimai təşkilata verməkdən qorxurlar. Bir sözlə, benzin mafiyası o, qədər güclüdür ki, hətta xaricdən avtomobil gətirən distribütorlar risk edib araşdırma aparmaq istəmirlər. Yeni nəsil avtomobillər demək olar ki, Azərbaycan benzininə uyğun deyil. Bir sözlə, yanacaq problemi ciddi problemdir. Qaldı ki, benzin dolduran çənin dibinə su çökməsi, onun vaxtaşırı təmizlənməsi məsələsinə, bunların hamısı sual altındadır. Harada ki, ictimai nəzarət yoxdur, orada həmişə problem yaşanır”.

Eyyub Hüseynov istehlakçılara müraciət edərək bildirib ki, Azad İstehlakçılar Biriliyi olaraq onların hüquqların tam şəkildə qorumağa hazırdırlar: “Bütün hallarda sürücülər avtomobilə yanacaq dolduran zaman kassa çekini saxlasınlar. Avtomobildə bu kimi nasazlıq gördüyü zaman İqtisadiyyat Nazirliyini yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər. Hansı ki, bu qurum heç bir iş görmür. Təsadüfi deyil ki, sentyabrda Prezident İlham Əliyevin fərmanı ilə qurum Prezident Administrasiyasının tabeliyində olan quruma çevrilib. Bəlkə bundan sonra onlara verilən yüksək səlahiyyəti istifadə edib istehlakçılar qorumaq üçün müəyyən işlər görərlər. Bu sahədə istehlakçıların hüquqlarını qoruyan quruma ehtiyac var. Azad İstehlakçılar Birliyi təkdir, yüzlərlə belə təşkilat lazımdır ki, bu vəziyyətə qarşı mübarizə aparılsın”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov isə qeyd edib ki, “Lukoil”də yanacağa su əlavə edilməsi ilə bağlı bir müraciətlə rastlaşmayıb: “Əgər kimsə belə bir halla qarşılaşıbsa təbii ki, müvafiq dövlət orqanına müraciət olunmalı və tədbirlər görülməlidir. Amma hesab edirəm ki, benzinə su əlavə edilməsi ilə bağlı məsələ əsasızdır. Dövlətin müvafiq orqanları yanacağın keyfiyyətinə daima nəzarət edir. Bu baxımdan benzinin keyfiyyəti ilə bağlı hər hansı bir problemin olduğunu düşünmürəm”.

Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, belə qatqılara daha çox dizel yanacağında rast gəlinir. “Ümumiyyətlə, "neft" sözünün hərfi tərcüməsi yağ deməkdir. Yağ isə su ilə qarışmır. Bu, mümkün deyil. Yəni su benzin, yaxud dizellə qarışdırılıb mühərrikə düşərsə, “qluşitel”də tez-tez partlayış səsləri eşidilir. Bu isə konverzasiya nəticəsində əmələ gəlmiş su molekullarının partlaması və çıxmasıdır. Lakin yanacağa sudan savayı başqa qatqıların qatılması mümkündür. Bunu əsasən, ən çox dizeldə edirlər. Dizelin içərisinə işlənmiş yağları belə qata bilirlər”. 

Ekspertin fikrincə, sürücülər belə hallarda mütləq məhkəməyə müraciət etməlidir. “Mən sadəcə bir şeyi başa düşmürəm ki, bu əməllərə əl atan adamlarla bağlı niyə məhkəməyə müraciət edilmirlər? Sürücülər belə hallarla qarşılaşan zaman mütləq şəkildə şikayət ərizəsi verməlidir. Əgər bu kimi hər hansı bir faktda yanacaqdoldurma məntəqəsi təxminən 10 min manat təzminat ödəsə, digərlərinə də dərs olar.
İstehlakçıların hüquqları ilə bağlı bu kimi hallarda istər İnzibati Xətalar, istərsə də Cinayət Məcəlləsində maddələr var. Nəzərə çatdırım ki, yanacağa qatqıların qatılması nəqliyyat vasitələrində ciddi problemlərə səbəb olur”.

Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az-a faktı təsdiqləyib. O qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub. "Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda "Lukoil" YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik. Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.

Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, "Şamaxinka" ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının "Qoşa yanacaqdoldurma məntəqəsi" kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.

Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur", - deyə R.Ağayev vurğulayıb.

Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.
"YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. "Lukoil" elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.

Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.

İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir",- deyə R.Ağayev bildirib.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri