Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir

16.07.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə il əvvəl əksər istehsalçılar 2035-ci ildən etibarən daxiliyanma mühərrikləri ilə vidalaşacaqlarını deyirdilər. Lakin, son 2 ildə bazarda baş verən dəyişikliklər və siyasi dəyişikliklər 19-cu əsrin ixtirasına münasibəti köklü surətdə dəyişib.

Avtosfer.az xəbər verir ki, şirkətlər mühərrik sahəsinə ciddi sərmayə qoymağa başlayıb və nəticə də əldə edilib.

Yeni texnologiyaların tətbiqi benzin mühərrikləri daha səmərəli edib. Sıxma dərəcəsinin artması, qazpaylamanın intellektual idarəetməsi, elektrik mühərrikli turbokompressorlar və sairin tətbiqi nəticəsində faydalı iş əmsalı artıb. Son illərdə istilik mühərriklərində FİƏ orta hesabla 20 faiz artıb. Bəzi “Toyota” mühərriklərində isə göstərici hətta 40 faizə çatır.

Bəzi çinli istehsalçılar kiçikhəcmli mühərriklərdə 48,4 faiz FİƏ aldıqlarını iddia etsə də, informasiyanı müstəqil laboratoriyalar təsdiqləmir. 

Bu gün dünyada elektromobilə keçid sürətlə getsə də, hibrid modellərin təkmilləşməsi dayanmayıb.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью