Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə il əvvəl əksər istehsalçılar 2035-ci ildən etibarən daxiliyanma mühərrikləri ilə vidalaşacaqlarını deyirdilər. Lakin, son 2 ildə bazarda baş verən dəyişikliklər və siyasi dəyişikliklər 19-cu əsrin ixtirasına münasibəti köklü surətdə dəyişib.
Avtosfer.az xəbər verir ki, şirkətlər mühərrik sahəsinə ciddi sərmayə qoymağa başlayıb və nəticə də əldə edilib.
Yeni texnologiyaların tətbiqi benzin mühərrikləri daha səmərəli edib. Sıxma dərəcəsinin artması, qazpaylamanın intellektual idarəetməsi, elektrik mühərrikli turbokompressorlar və sairin tətbiqi nəticəsində faydalı iş əmsalı artıb. Son illərdə istilik mühərriklərində FİƏ orta hesabla 20 faiz artıb. Bəzi “Toyota” mühərriklərində isə göstərici hətta 40 faizə çatır.
Bəzi çinli istehsalçılar kiçikhəcmli mühərriklərdə 48,4 faiz FİƏ aldıqlarını iddia etsə də, informasiyanı müstəqil laboratoriyalar təsdiqləmir.
Bu gün dünyada elektromobilə keçid sürətlə getsə də, hibrid modellərin təkmilləşməsi dayanmayıb.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 İyul 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















