Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bəzi avtomobil sahibləri üçün maraqlı olan suallardan biri də budur: "Mexaniki avtomobili elektrikliyə çevirmək mümkündürmü?" Mütəxəssislərin fikrincə, bu sualın cavabı birmənalıdır – bəli, mümkündür.
Əsas ideya daxili yanma mühərrikini avtomobildən çıxararaq onun yerinə elektrik mühərriki və batareya sistemləri quraşdırmaqdan ibarətdir.
Avtosfer.az xəbər verir ki, bu proses zamanı avtomobildən mühərrik, yanacaq çəni və səsboğucu sistemi çıxarılır və onların yerinə müasir elektrik komponentləri – elektrik mühərriki, akkumulyator paketləri, idarəetmə blokları və şarj portları əlavə olunur.
Elektrik mühərriki bəzən transmissiya ilə birgə quraşdırılır, lakin daha müasir konversiyalarda təkərlərə birbaşa inteqrasiya edilən “hub” mühərriklərdən də istifadə olunur.
Bu, avtomobilin daha hamar və səssiz hərəkətini təmin edir. Yanacaq çəni funksiyasını yerinə yetirən litium-ion batareyalar adətən avtomobil
Orta hesabla 40 kilovatt-saatlıq bir batareya 150-200 kilometr məsafə təmin edə bilər.
Lakin əlavə çəki avtomobilin balansına və süspensiyasına təsir etdiyindən, bəzən əyləc və asma sistemlərində də dəyişikliklərə ehtiyac olur.