Icma.az
close
up
RU
Benzin mühərrikli avtomobili elektrikli avtomobilə çevirmək olar? ARAŞDIRMA FOTO

Benzin mühərrikli avtomobili elektrikli avtomobilə çevirmək olar? ARAŞDIRMA FOTO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi avtomobil sahibləri üçün maraqlı olan suallardan biri də budur: "Mexaniki avtomobili elektrikliyə çevirmək mümkündürmü?" Mütəxəssislərin fikrincə, bu sualın cavabı birmənalıdır – bəli, mümkündür.

Əsas ideya daxili yanma mühərrikini avtomobildən çıxararaq onun yerinə elektrik mühərriki və batareya sistemləri quraşdırmaqdan ibarətdir. 

Avtosfer.az xəbər verir ki, bu proses zamanı avtomobildən mühərrik, yanacaq çəni və səsboğucu sistemi çıxarılır və onların yerinə müasir elektrik komponentləri – elektrik mühərriki, akkumulyator paketləri, idarəetmə blokları və şarj portları əlavə olunur.

Elektrik mühərriki bəzən transmissiya ilə birgə quraşdırılır, lakin daha müasir konversiyalarda təkərlərə birbaşa inteqrasiya edilən “hub” mühərriklərdən də istifadə olunur. Bu, avtomobilin daha hamar və səssiz hərəkətini təmin edir.

Yanacaq çəni funksiyasını yerinə yetirən litium-ion batareyalar adətən avtomobilin altında, baqaj hissəsində və ya mühərrik bölməsində yerləşdirilir. Orta hesabla 40 kilovatt-saatlıq bir batareya 150-200 kilometr məsafə təmin edə bilər. Lakin əlavə çəki avtomobilin balansına və süspensiyasına təsir etdiyindən, bəzən əyləc və asma sistemlərində də dəyişikliklərə ehtiyac olur.

Əlavə olaraq, batareya idarəetmə sistemi və mühərrik kontrol bloku bu yeni sistemin düzgün işləməsi və təhlükəsizliyi üçün əsas rola malikdir. Eyni zamanda, avtomobilə “Tip 1” və ya “Tip 2” şarj portları əlavə olunur. Məsələn, evdə istifadə edilən 7 kilovattlıq şarj cihazı 40 kilovatt-saatlıq batareyanı təqribən 6 saata tam doldura bilər.
Hazırda beynəlxalq təcrübədə belə konversiyaların qiyməti 15.000–30.000 ABŞ dolları arasında dəyişir. Qiymət əsasən istifadə olunan akkumulyatorların tipi və mühərrikin gücü ilə müəyyən olunur. Məsələn, yüksək performanslı litium-ion batareyalar daha bahalı, lakin effektivdir; aşağı büdcəli layihələrdə isə qurğuşun-turşu batareyalarına üstünlük verilə bilər.

Ən böyük narahatlıq məsafə (diapazon) problemidir. Xüsusilə şəhərlərarası səfərlərdə konvertasiya edilmiş avtomobillər üçün bu, əhəmiyyətli məhdudiyyətə çevrilə bilər. Bundan əlavə, batareyaların çəkisi avtomobilin ümumi ağırlığını 20-30% artırır və bu da süspensiya və əyləc sistemlərinin gücləndirilməsini tələb edir.
Bu cür transformasiya yalnız peşəkar səviyyədə, texniki bilik və təcrübə tələb edən bir prosesdir. Qərar vermədən öncə bütün texniki və hüquqi detalları diqqətlə qiymətləndirmək vacibdir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri