Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya xarici işlər naziri Annalena Berbokun Bakıya səfəri bir neçə məqamla diqqəti çəkir.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, Berbokun COP29 konfransı üçün Bakıya seçdiyi marşrutun özü belə təəccübləndirdi.
Belə ki, əvvəlcə o, Ermənistana səfər etdi və erməni həmkarı ilə görüşərək, “regional” məsələlərin müzakirəsini apardı.
Niyə Bakıya İrəvandan gəlməlidir? Axı Bakıya rəsmi səfərə gəlmir, bura gəlməsinin səbəbi yalnız COP29 konfransında iştirak etməkdir.
Belə olan halda “balansı qorumaq” üçün əvvəlcə Ermənistana getmək hansı məntiq və diplomatiya ilə izah edilə bilər?
Berbokun Bakıya səfəri və buradakı bəyanatları göstərdi ki, əslində, onun məqsədi qətiyyən COP-da təklif və təşəbbüslərlə çıxış etmək yox, məhz siyasidir və bunu da İrəvana səfərlə elan edib.
Məhz Berbokun Bakıdakı bəyanatlarına erməni mediasının diqqət göstərməsi də bəzi ehtimallara yol açır.