Icma.az
close
up
RU
Berbok Bakıda, görün, nələrlə məşğuldur İnanılmaz

Berbok Bakıda, görün, nələrlə məşğuldur İnanılmaz

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya xarici işlər naziri Annalena Berbokun Bakıya səfəri bir neçə məqamla diqqəti çəkir.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, Berbokun COP29 konfransı üçün Bakıya seçdiyi marşrutun özü belə təəccübləndirdi. Belə ki, əvvəlcə o, Ermənistana səfər etdi və erməni həmkarı ilə görüşərək, “regional” məsələlərin müzakirəsini apardı.

Niyə Bakıya İrəvandan gəlməlidir? Axı Bakıya rəsmi səfərə gəlmir, bura gəlməsinin səbəbi yalnız COP29 konfransında iştirak etməkdir. Belə olan halda “balansı qorumaq” üçün əvvəlcə Ermənistana getmək hansı məntiq və diplomatiya ilə izah edilə bilər?

Berbokun Bakıya səfəri və buradakı bəyanatları göstərdi ki, əslində, onun məqsədi qətiyyən COP-da təklif və təşəbbüslərlə çıxış etmək yox, məhz siyasidir və bunu da İrəvana səfərlə elan edib.

Məhz Berbokun Bakıdakı bəyanatlarına erməni mediasının diqqət göstərməsi də bəzi ehtimallara yol açır. Berbok konfransda iqlim müzakirələri və Almaniyanın mümkün öhdəlikləri əvəzinə Azərbaycanda insan haqları mövzusunda danışmaqla “fərqlənir” və erməni mediasına, eyni zamanda dünyadakı erməni şəbəkəsinə bolluca "material" verir.

Azərbaycanda insan haqları mövzusu tabu deyil, sadəcə, bu, Avropadakı bəlli bir dəstənin Bakıda keçirilən konfransa mane olmaq, onun əhəmiyyətini azaltmaq və bəzi ölkə liderlərin COP29-a qatılmasının qarşısını almaq üçün “təzyiq vasitəsi” kimi sui-istifadə alətinə çevrildi. Bu baxımdan Bakıya gələn istənilən rəsminin burada müzakirəyə çıxarılan qlobal iqlim problemini bir tərəfə qoyaraq, tamamilə başqa “mövzuya” meyil etməsi qətiyyən birmənalı qarşılanmır. Xüsusilə bu, Almaniya xarici işlər naziridirsə.

Almaniya dünyanın inkişaf etmiş ölkəsi olaraq bu konfransda daha böyük məsuliyyətlə iştirak etməli və digər ölkələrin, xüsusilə iqlimlə bağlı layihələr həyata keçirmək üçün maliyyə ehtiyacı olan dövlətləri səsini dinləməliydi. Əvəzində isə Annalena Berbok COP29 müzakirələrində gərginlik yaradır, qeyri-diplomatik cavablar verir və Bakıda mətbuat konfransı keçirib, “insan haqlarından” danışır, səfərinin təyinatına qətiyyən uyğun gəlməyən görüşlər keçirir – o cümlədən Qərbin Azərbaycandakı şəbəkəsi ilə.

Eyni zamanda, aldığımız məlumata görə, Berbok Bakıda bahalı butiklərdə alış-verişlə məşğuldur, qaldığı oteldə isə “masaj prosedurları” qəbul edir.

Yeri gəlmişkən, Annalena Berbokun Bakıda olarkən şəxsi həyatından dolayı narahatlıq yaşadığı da üzə çıxdı. Bəlli oldu ki, 17 il birgə yaşadığı ərindən ayrılmaq qərarına gəlib və bundan sonra övladlarının xətrinə əri ilə bir evdə yaşamağa davam etsə də, faktiki olaraq “tənha həyat” keçirəcək. Ola bilsin ki, bu psixoloji gərginlikdən dolayı masaja və sakitləşməyə ehtiyac duyur, həmçinin “ən gözəl antidepresion alış-verişdir” düşüncəsini tətbiq edir. Ancaq Berbok həyat yoldaşından ayrılan və düşdüyü depressiyadan qurtulmaq üçün gözəl və günəşli “cənub şəhərinə” istirahətə gələn turist deyil, Bakıda keçirilən BMT tədbirində böyük bir ölkəni təmsil edən xarici işlər naziridir. Bu baxımdan 44 yaşlı xanım Annalena şəxsi həyatının fəsadlarının siyasi meydanda aqressiv impulslarla müşahidə olunmasının ölkəsinə başucalığı gətirmədiyinin fərqinə varmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 23 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see624

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see528

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see475

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see445

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see360

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see349

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see330

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see205

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see202

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see184

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri