Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bərdə rayon sakini Səfərov İlyas Məmməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir: "Cənab Nazir!
Diqqətinizə çatdırım ki, onkoloji xəstəyəm və əliləm. Himayəmdə iki azyaşlı övladım var. Oğlumun biri hazırda hərbi xidmətdədir.
Ailə saxlamaq, dolanmaq çox çətin olub. Dövlət Məşğulluq Agentliynə aztəminatlı ailə başçısı kimi müraciət etmişəm.
Ötən ilin sentyabr ayında kursdan keçmişəm. Hələ də müraciətimə müsbət cavab yoxdur.
Sizdən xahiş edirəm ki, mənim heyvandarlıqla təmin olunmağım üçün göstəriş verəsiniz".
Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq.