Bərdə sakini Dövlət Məşğulluq Xidmətindən narazılıq edir...
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bərdə rayon sakini Səfərov İlyas Məmməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:
"Cənab Nazir!
Diqqətinizə çatdırım ki, onkoloji xəstəyəm və əliləm. Himayəmdə iki azyaşlı övladım var. Oğlumun biri hazırda hərbi xidmətdədir.
Ailə saxlamaq, dolanmaq çox çətin olub. Dövlət Məşğulluq Agentliynə aztəminatlı ailə başçısı kimi müraciət etmişəm. Ötən ilin sentyabr ayında kursdan keçmişəm. Hələ də müraciətimə müsbət cavab yoxdur. Sizdən xahiş edirəm ki, mənim heyvandarlıqla təmin olunmağım üçün göstəriş verəsiniz".
Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O bildirdi ki, Bərdə rayon sakini Səfərov İlyas Məmməd oğlunun müraciəti araşdırılıb: "Vətəndaş məşğulluq sistemində qeydiyyatdadır və “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. 2024-cü ildə proqramın icrası qaydalarına uyğun olaraq onun şəraitinin ilkin monitorinqi olub və təlimlərə cəlb edilib. İ.Səfərov hazırda aktivlərlə təmin olunması üçün növbədədir.
Qeyd edək ki, özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin edilməsi növbəli qaydada həyata keçirilir. İlyas Səfərovun da adı cari il üzrə aktivlərlə təmin olunacaq şəxslər arasındadır. Yaxın zamanda ona seçdiyi istiqamət üzrə avadanlıqlar veriləcək".
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 Mart 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















