Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı

23.09.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью