Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Novxanıdə Kalaşnikov avtomatı aşkarlandı
02 May 2025 08:56
Biləsuvarda Kalaşnikov avtomatı aşkarlandı
26 Fevral 2025 19:40
Yardımlıda dərədən Kalaşnikov avtomatı aşkarlandı FOTO
04 Mart 2025 15:10
Ağdaşda “Kalaşnikov” avtomatı AŞKARLANDI
30 Mart 2025 13:47
İsmayıllıda “Kalaşnikov” avtomatı aşkarlanıb DİN
22 Yanvar 2025 12:44
Baxış sayı:98
Bu xəbər 23 Sentyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















