Berdiyevdən Məmmədovun fikrinə cavab: “Bu, onun fikridir”

28.11.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berdiyevdən Məmmədovun fikrinə cavab: “Bu, onun fikridir”

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri matç (2:1) haqda fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o, qarşılaşmanın çətin keçdiyini, lakin qələbədən məmnun qaldığını bildirib:

"Gözlədiyimiz kimi, çətin oyun oldu. “Kəpəz”ə qarşı matçlarımız həmişə ağır keçir. Rəqibin yaxşı yarımmüdafiə və hücum xətti var. Futbolçularımızın xarakter göstərməsinə sevinirik. Vacib qələbə qazandıq".

- “Kəpəz”in qazandığı penalti epizoduna baxmısınız?

- Xeyr, baxmamışam. Epizodu görmədiyim üçün bu barədə fikir bildirməyim çətindir.

- Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onun yoxluğu çətinlik yaratmayacaq?

- Futbolçuların hazırlıq vəziyyətinə baxacağıq.

- Rəqibin baş məşqçisi komandasının ən azı bir xal qazanmağa layiq olduğunu bildirdi. Siz necə düşünürsünüz?

- Bu, onun fikridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью