Berdiyevdən Məmmədovun fikrinə cavab: “Bu, onun fikridir”
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Kəpəz"ə qalib gəldikləri matç (2:1) haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o, qarşılaşmanın çətin keçdiyini, lakin qələbədən məmnun qaldığını bildirib:
"Gözlədiyimiz kimi, çətin oyun oldu. “Kəpəz”ə qarşı matçlarımız həmişə ağır keçir. Rəqibin yaxşı yarımmüdafiə və hücum xətti var. Futbolçularımızın xarakter göstərməsinə sevinirik. Vacib qələbə qazandıq".
- “Kəpəz”in qazandığı penalti epizoduna baxmısınız?
- Xeyr, baxmamışam. Epizodu görmədiyim üçün bu barədə fikir bildirməyim çətindir.
- Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onun yoxluğu çətinlik yaratmayacaq?
- Futbolçuların hazırlıq vəziyyətinə baxacağıq.
- Rəqibin baş məşqçisi komandasının ən azı bir xal qazanmağa layiq olduğunu bildirdi. Siz necə düşünürsünüz?
- Bu, onun fikridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Noyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















