Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir. Faşist Almaniyası Azərbaycanın bu bölgəsində nə axtarırmış?
Tarix yalnız meydanlarda, qalalarda və ya diplomatik masalarda yazılmır.
Bəzən o, səssiz arxiv rəflərində gizlənir – yer adları, siyahıyaalma cədvəlləri və idarəçilik sxemləri formasında.
Elə sənədlər olur ki, onların üzərində minlərlə insanın taleyi, geosiyasi balansın kəsişməsi və gələcək siyasi xəritələrin konturları dayanır.
1941-ci ildə Naxçıvan haqqında Berlin kabinetlərində aparılan qeydiyyat və təsnifat prosesi də məhz bu qəbildəndir: görünməyən, amma son dərəcə maraqlı sənədlər.
Bir zamanlar SSRİ-nin cənub sərhədinin ən həssas qovşaqlarından biri olan Naxçıvan İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Şərq siyasəti üçün adi bir coğrafi xətt deyildi.
Bu ərazi Berlinin idarəçilik aparatında ayrı xüsusi mövzu kimi işarələnmiş, onun muxtar statusu, demoqrafik strukturu, sərhəd keçidləri və kommunikasiya xətləri xəritələşdirməyə cəlb edilmişdi.
Bu o deməkdir ki, 1941-ci ilin Qafqaz mənzərəsində Naxçıvan yalnız bir “region” deyil, əlahiddə strateji düyün nöqtəsi kimi görünürdü.