Icma.az
close
up
RU
Berlin arxivində Naxçıvan sənədləri

Berlin arxivində Naxçıvan sənədləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Faşist Almaniyası Azərbaycanın bu bölgəsində nə axtarırmış?

Tarix yalnız meydanlarda, qalalarda və ya diplomatik masalarda yazılmır. Bəzən o, səssiz arxiv rəflərində gizlənir – yer adları, siyahıyaalma cədvəlləri və idarəçilik sxemləri formasında. Elə sənədlər olur ki, onların üzərində minlərlə insanın taleyi, geosiyasi balansın kəsişməsi və gələcək siyasi xəritələrin konturları dayanır. 1941-ci ildə Naxçıvan haqqında Berlin kabinetlərində aparılan qeydiyyat və təsnifat prosesi də məhz bu qəbildəndir: görünməyən, amma son dərəcə maraqlı sənədlər.

Bir zamanlar SSRİ-nin cənub sərhədinin ən həssas qovşaqlarından biri olan Naxçıvan İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Şərq siyasəti üçün adi bir coğrafi xətt deyildi. Bu ərazi Berlinin idarəçilik aparatında ayrı xüsusi mövzu kimi işarələnmiş, onun muxtar statusu, demoqrafik strukturu, sərhəd keçidləri və kommunikasiya xətləri xəritələşdirməyə cəlb edilmişdi. Bu o deməkdir ki, 1941-ci ilin Qafqaz mənzərəsində Naxçıvan yalnız bir “region” deyil, əlahiddə strateji düyün nöqtəsi kimi görünürdü.

Bu araşdırmada ilk dəfə tədqiqata cəlb etdiyimiz həmin görünməyən dosyenin – Bundesarxivin Berlin–Lichterfelde arxiv mərtəbələrində saxlanılan “R 6 – Reichsministerium für die besetzten Ostgebiete” (“RmfdbO”) fondu üzrə rəsmi EAD qeydlərində “Nachitschewan und autonomes Gebietes der (Berg-) Karabachen, 1941” başlıqlı blokun arxasındakı siyasi, idarəçilik və intellektual mexanizmləri haqda söhbət açmağı qarşımıza məqsəd qoymuşuq. Haqqında ilk dəfə bəhs edəcəyimiz bu məsələ Naxçıvan MSSR-in SSRİ daxilindəki muxtar statusunun, Culfa-Araz xətti boyunca logistika əhəmiyyətinin və bölgənin etno-dil xəritələşdirilməsinin həmin il sistemli arxiv blokunda işlənildiyini təsdiqləyən birbaşa kataloq sübutudur.

“RmfdbO” 1941-ci ilin iyulunda Şərq ərazilərinin idarəsi üçün formalaşdırılıb və Qafqaz da bu çətirin altına salınıb. Naxçıvan və Qarabağı başlıq səviyyəsində göstərən EAD qeydində “Nachitschewan und autonomes Gebietes der (Berg-) Karabachen, 1941” frazası, eləcə də “Benutzungsort: Berlin-Lichterfelde” işarəsi yer alır. 1941-ci ildən Georg Leibbrandt “RmfdbO”da “Hauptabteilung I (Politik)” adlı əsas siyasi idarəsinə rəhbərlik edirdi. Bu idarənin tabeliyinə “Ümumi siyasət”, “Ukrayna”, “Ostland (Baltik vilayətlər)”, “Qafqaz”, “Rusiya”, eləcə də “Mətbuat və mədəniyyət” bölmələri daxil idi.

Əldə etdiyimiz bioqrafik məlumatlar onu deməyə əsas verir ki, Qafqaz materialları almanlar üçün son dərəcə əhəmiyyətli olub və bu informasiyalar mərkəzləşdirilmiş şəkildə toplanılıb. Bu baxımdan “1941-ci ilin Naxçıvan dosyesi” də söz yox ki, almanlar üçün xüsusi dəyərə malik idi. Göründüyü kimi, EAD başlığında Naxçıvanın Qarabağla yanaşı, ayrı mövzu vahidi kimi işarələnməsi, Berlinin SSRİ-daxili muxtar quruluşları ayrıca izləndiyini göstərir. Bu, tədqiqatçıya 1941-ci ilin xarici (alman) idarəçilik yaddaşında Naxçıvan MSSR təqdimatının necə qurulduğunu bərpa etməyə imkan verir.

Bundan başqa, “RmfdbO” dosyelərində sərhəd bölgələri üzrə dəmir yolu, körpülər, poçt-teleqraf kimi rabitə damarları standart toplanırdı. Maraqlıdır ki, alman arxivində Culfa-Araz xəttinin (SSRİ-İran keçidinin) qeydi vardır. Təsadüfi deyil ki, almanların “Verkehr/Verwaltung/Statistik” bölmələri idarəçilik planlaşdırmasının əsas sütunları idi. Digər tərəfdən, PuSte xətti SSRİ materiallarının tərcümə və işlənməsi, azlıqların tarixi-mövcud vəziyyətinin öyrənilməsi ilə məşğul olduğundan həmin arxiv sənədlərində Naxçıvan üzrə etno-dil bölgüsü, toponim variantları və siyahıyaalma əsaslı cədvəllər mövcuddur.

İranla təmasda olan Araz hövzəsi və Culfa keçidi Naxçıvanı 1941-ci ilin hərbi-logistika məntiqində “darvaza”ya çevirirdi. Bu baxımdan “RmfdbO” mandatının məhz belə qovşaqları xəritələşdirməsi təsadüfi deyil. Başlıqda Naxçıvan MSSR-in ayrıca çəkilməsi, SSRİ-nin federal-muxtar iyerarxiyasının Berlin kataloqunda xüsusi qeyd edildiyini göstərir.

Beləliklə, 1941-ci ilin Bundesarxiv materialları Naxçıvanın tarixini öz daxilimizdəki xronikalardan kənar – xarici idarəçilik şüurunun xəritəsində görməyə imkan verir. Nasist Almaniyasının Şərq siyasətində Naxçıvanın ayrıca qeyd edilməsi, bu ərazinin Moskva-mərkəzli SSRİ idarəetmə sistemindəki muxtar statusunun Berlin tərəfindən diqqətlə izlənildiyini və qiymətləndirildiyini göstərir. Araşdırılan arxiv blokları Naxçıvanın yalnız coğrafi mövqe kimi deyil, sərhəd, etno-dil tərkibi, kommunikasiya və siyasi simvolizm baxımından strateji düyün kimi qəbul olunduğunu sübut edir.

Buradan iki mühüm nəticə çıxır: Birincisi, 1941-ci ildə Naxçıvanın xarici kəşfiyyat və idarəçilik sənədlərində ayrıca dosye kimi işlənməsi bölgənin öz geosiyasi çəkisini tarixi reallıqlarla təsdiqləyir. Bu, Naxçıvanın tarixi rolunun lokal yox, regional və transregional çərçivədə formalaşdığını göstərir. İkincisi, RMfdbO və PuSte materialları göstərir ki, Qafqazın etno-demoqrafik xəritələşdirilməsi təsadüfi hərbi planlaşdırma deyil, sistemli siyasi mühəndislik prosesinin tərkib hissəsi idi.

Bu sənədlər Naxçıvanın demoqrafik strukturunun, toponimlərinin və sərhəd nəzarət zolağının xüsusi analitik kateqoriyalarla işlənildiyini sübut edir.

Deməli, Naxçıvanın 1941-ci il arxiv bərpası təkcə tarixi faktların yenidən təsbit edilməsi deyil, həm də tarix şüurunun tənqidi açılması, Naxçıvanın beynəlxalq arxivlərdəki siyasi portretinin oxunması və bölgənin geosiyasi mahiyyətinin daha geniş miqyasda anlaşılması üçün yeni mərhələnin başlanğıcıdır. Başqa sözlə, Berlin arxivlərindəki bu sənədlər Naxçıvan haqqında sadəcə keçmişi danışmır – onlar gələcəyin tədqiqat istiqamətlərini də müəyyən edir.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universiteti ümumi hüquq kafedrasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see406

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see345

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see339

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see309

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see247

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see222

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see174

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see146

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri