Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Yunis XƏLİLOV Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüqu
Bu, təbiidir, çünki bölgənin taleyi əsrlər boyu imperiyaların sərhədində həll olunub.
Ancaq bəzən tarixi öyrənmək üçün gözlənilməz mənbələrə müraciət etmək lazım gəlir.
Berlinin səssiz arxivlərinin birində saxlanılan saralmış vərəqlərdən biri də məhz belə qaynaqlardan biridir.
Maraqlıdır, görəsən, Qafqaz-İran sərhədinin ən həssas düyünlərindən biri olan Naxçıvan haqqında XIX əsrin ortalarında Prussiya diplomatik dairələrində nələr yazılıb?
Berlinin "Geheimes Staatsarchiv Preu?ischer Kulturbesitz" (GStA PK) fondlarından aşkar etdiyimiz son dərəcə maraqlı bir qovluq 1860-cı ilin yazında Cənubi Qafqaz-İran xəttinə baxan alman gözünün birbaşa müşahidələrini təqdim edir.
Bu haqda bir qədər sonra. "Geheimes Staatsarchiv Preubischer Kulturbesitz" (GStA PK) nədir və orada nələr saxlanılır?
Bu qurum 1963-cü ildən Prussiya Mədəni İrs Fondunun tərkibində olan təqribən 800 illik bir dövrü əhatə edən Prussiyanın irihəcmli Gizli Dövlət Arxividir.