Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Berlin arxivindən Naxçıvana açılan pəncərə

Berlin arxivindən Naxçıvana açılan pəncərə

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

Naxçıvan haqqında danışarkən çox vaxt rus, fars və ya yerli mənbələrə üz tuturuq. Bu, təbiidir, çünki bölgənin taleyi əsrlər boyu imperiyaların sərhədində həll olunub. Ancaq bəzən tarixi öyrənmək üçün gözlənilməz mənbələrə müraciət etmək lazım gəlir. Berlinin səssiz arxivlərinin birində saxlanılan saralmış vərəqlərdən biri də məhz belə qaynaqlardan biridir. Maraqlıdır, görəsən, Qafqaz-İran sərhədinin ən həssas düyünlərindən biri olan Naxçıvan haqqında XIX əsrin ortalarında Prussiya diplomatik dairələrində nələr yazılıb? Berlinin "Geheimes Staatsarchiv Preu?ischer Kulturbesitz" (GStA PK) fondlarından aşkar etdiyimiz son dərəcə maraqlı bir qovluq 1860-cı ilin yazında Cənubi Qafqaz-İran xəttinə baxan alman gözünün birbaşa müşahidələrini təqdim edir. Bu haqda bir qədər sonra.

"Geheimes Staatsarchiv Preubischer Kulturbesitz" (GStA PK) nədir və orada nələr saxlanılır?

Bu qurum 1963-cü ildən Prussiya Mədəni İrs Fondunun tərkibində olan təqribən 800 illik bir dövrü əhatə edən Prussiyanın irihəcmli Gizli Dövlət Arxividir. Qurumun adındakı "Geheim" sözü "gizli" anlamını versə də, buna tarixi termin olaraq yanaşmaq lazımdır. Təsadüfi deyil ki, hazırda arxiv gizli qurum deyil və ictimai istifadəyə açıq bir dövlət arxividir. Adı çəkilən arxiv Brandenburq-Prussiya dövlətinin mərkəzi idarələrinin və müəssisələrinin sənədlərinə cavabdehdir və bu gün həm də SPK-nın öz qurumlarının arxiv materiallarını qəbul edib qoruyur. Arxivdə XII əsrdən bu günədək olan dövrü əhatə edən təxminən 35-38 min rəf metr həcmində olan sənədlər (fərman və müqavilələr, iş dəftərləri, protokol və qeydiyyat kitabları, xəritələr, planlar, müxtəlif nəsil şəcərələri və kolleksiyalar, hərbi yazışmalar və s.) saxlanılır.

"Nachitschewan/persische Grenze" ("Naxçıvan/İran sərhədi") qeydlərinin müəllifi Juliusvon Minutoli kimdir?

Juliusvon Minutoli (tam adı: Julius Rudolph Ottomar Freiherrvon Minutoli) - XIX əsr Prussiya dövlət xadimi, diplomat, hüquqşünas-idarəçi, yazıçı və rəssam-rəqqas (sketcher) idi. 1841-1848-ci illərdə Posen (Poznan) dairəsinin landratı, 1847-1848-ci illərdə isə Berlinin polis rəhbəri olub. 1859-cu ildən ömrünün sonunadək Alman Gömrük İttifaqının (Zollverein) Persiyada (İranda) minister-rezidenti və baş konsulu kimi xidmət göstərib. Onun doğum ili mənbələrdə iki cür verilir: 30 avqust 1804 (Berlin) və ya 1805; vəfatı 5 noyabr 1860 - Şiraz yaxınlığındakı Xanə-Zənian (Khaneh Zanian) karvansarayında.

Onun atası tanınmış hərbçi-alim və misirşünas Heinrich (Menu) von Minutoli idi. Julius həm də istedadlı rəsmçi və kolleksiyaçı kimi tanınırdı. Minutoli islahatyönlü yazıları və səyahət əsərləri ilə də məşhurdur. Onun Avropanın müxtəlif ölkələrində cəza-islahedici sistemlər haqqında hesabatı (1843), İspaniya, Portuqaliya və Kanar adaları barədə kitabları (1852-1855) geniş yayılıb. Persiya missiyası zamanı Cənubi Qafqaz marşrutu (Tiflis-İrəvan-Culfa-Təbriz) üzrə məlumat toplayıb. Bu kontekstdə 1860-cı ilin aprelində Naxçıvan-İran sərhədi barədə arxiv qeydləri də var.

Maraqlıdır ki, Minutolinin məzarı sonradan Tehrandakı Xaricilər qəbiristanlığına köçürülüb, bu gün Almaniya səfirliyinin bağında onun məzar daşı saxlanılır.

Juliusvon Minutolinin "Nachitschewan / persische Grenze" ("Naxçıvan / İran sərhədi") qeydlərinə dair düşüncələrimiz

Bu qeydlər sadəcə bir diplomatın şəxsi təəssüratları deyil, onlar Avropa siyasi dairələrinin Cənubi Qafqaza baxışını, Arazın sərhəd xətti kimi necə işlədiyini, Culfa keçidinin beynəlxalq ticarət yollarında hansı strateji mövqeyə sahib olduğunu göstərən sənədli sübutlardır. Juliusvon Minutoli bu qeydləri yazarkən artıq XIX əsrin ortalarında Avropanın "Şərq siyasəti" formalaşmaqda idi. Almaniya və digər dövlətlər Qafqazda baş verən prosesləri yalnız uzaqdan izləmirdilər, həm də yerində müşahidə aparırdılar. Onların diqqəti təkcə hərbi-strateji maraqlara yox, həm də inzibati idarəçilik, sərhəd nəzarəti, karvan yollarının vəziyyəti və bölgənin sosial-mədəni mühiti kimi məsələlərə yönəlmişdi. Bu baxımdan Minutolinin yazdıqları bizim üçün həm diplomatik tarix mənbəyidir, həm də Naxçıvanın XIX əsr reallıqlarına işıq salan bir "Avropa baxışı".

Oxuculara bildirməkdə fayda vardır ki, sözügedən qeydlər bu gün Azərbaycan elm cameəsinə, demək olar, məlum deyil və tarixi ədəbiyyatda, təəssüf ki, tədqiqata cəlb olunmayıb. Hesab edirik ki, bu arxiv qaynağı tarixçilərimiz üçün "açılmamış qapı"dır və həmin qapının arxasında XIX əsrin ortalarında Naxçıvanın inzibati həyatı, Rusiya-İran sərhəd rejiminin təfərrüatları və beynəlxalq siyasətdə bölgənin necə qəbul edildiyi barədə unikal ipucları gizlənir. Onu da qeyd edək ki, arxivlərin tozlu qutularında gizlənmiş bu sənədlər təkcə alimlər üçün deyil, ümumən oxucu üçün də maraqlıdır. Çünki bu yazılar vasitəsilə biz Naxçıvanı öz tariximizin gözü ilə deyil, bir Avropa diplomatının, əcnəbi müşahidəçinin gözü ilə görürük. Bu, təkcə elmi araşdırma üçün yox, həm də ictimai şüur üçün yeni baxış bucağı yaradır.

"Nachitschewan / persische Grenze" ("Naxçıvan / İran sərhədi") qeydlərinə dair arxiv mənbəyinin dəqiq şifrəsi haqqında

Haqqında söhbət açdığımız sənədlərin fond şifrəsi belədir: Fond GStA PK, VI. Hauptabteilung (HA), Familienarchiveund Nachl?sse. Nachlass Julius Freiherr Menuvon Minutoli (Nl Minutoli, J. v.), ümumi saxlanma illəri: 1847-1860. Arxiv kataloqunda Naxçıvanla bağlı başlıq "Nachitschewan / persische Grenze" VI. HA, NlMinutoli, J. v., Nr. 27 daxilində ayrıca bənd kimi göstərilir: "Nr. 22". Onu da qeyd edim ki, kataloqda Nr. 20 əsasən Minutolinin 1860-cı ilin əvvəlindən ailəsinə məktublarını əhatə edən yazışmalardır. "Nachitschewan / persische Grenze" rubrikası Nr. 27-də yer alır.

Minutolinin "Nachitschewan / persische Grenze" ("Naxçıvan / İran sərhədi") qeydlərində nələr vardır və niyə vacibdir?

Kataloqda "Nachitschewan / persische Grenze" başlıqlı qeydlərin 1860-cı ilin 6 və 9 aprel tarixlərinə aid olması Minutolinin Qafqaz-İran sərhədi boyunca hərəkətdə ikən strateji müşahidələr apardığını göstərir.

Tarixi baxımdan bu qeydlər Türkmənçay müqaviləsindən (1828) sonra Araz xəttinin Rusiya-İran sərhədi kimi oturuşduğu mərhələdə xarici (Prussiya) müşahidə təqdim edir. Qeyd edək ki, ərazi kontekstini başa düşmək üçün müqavilə sonrası sərhədin formalaşmasına dair ədəbiyyat da bunu təsdiqləyir.

Arxiv materialları Naxçıvan-İran xəttinə fokuslanır və sənədlər Araz boyunca sərhəd nəzarəti, keçid məntəqələri və inzibati-hərbi rejimə dair qeydlərdən ibarətdir.

Minutolinin Prussiya dövlət xidmətini, onun 1859-1860-cı illərdəki İran missiyasını, yəni rəsmi tapşırıqla bölgədə hərəkətdə olan şəxs olmasını düşünsək, onun rus və ya İran mənbələrindən asılı olmayan məlumatlarının Naxçıvan tarixşünaslığında Avropa qaynaqlı boşluğu doldura biləcəyi qənaətinə gələ bilərik.

Bu qeydləri Naxçıvan-İran sərhədi barədə dərhal hadisə yerindən yazılmış diplomatik müşahidələr hesab edə bilərik. Tədqiqata demək olar ki, cəlb edilməyən sözü gedən arxiv qovluğu Araz xətti, Culfa keçidi, sərhəd nəzarəti kimi düyün mövzularda yeni detallar üzə çıxarmaq potensialına malikdir.

Ümid edirik ki, bu qiymətli tapıntımız dəyərli tarixçilərimizin diqqətini cəlb edəcək və həmin mənbə təfərrüatlı şəkildə tədqiq olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri