Berlində polis əməkdaşlarına hücum etdilər KONKRET

10.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Berlinin Fridrixşayn rayonunda naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

KONKRET.az “Tagesspiegel” nəşrinə istinadən xəbər verir ki, bir qrup şəxs binaların damına çıxıb havaya fişənglər atmağa başlayıblar.

Polis əməkdaşları həmin şəxslərə yaxınlaşmaq istəyərkən onlar daş, kərpic və bir sıra yandırıcı maddələrlə hücum ediblər.

Hadisə nəticəsində binaların birində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürüblər. Hücumun səbəbi və onu törədən şəxslərlə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir həftə əvvəl də həmin rayonda polis əməkdaşlarına hücum edilmişdi.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью