Berlində polis əməkdaşlarına hücum etdilər KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Berlinin Fridrixşayn rayonunda naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.
KONKRET.az “Tagesspiegel” nəşrinə istinadən xəbər verir ki, bir qrup şəxs binaların damına çıxıb havaya fişənglər atmağa başlayıblar.
Polis əməkdaşları həmin şəxslərə yaxınlaşmaq istəyərkən onlar daş, kərpic və bir sıra yandırıcı maddələrlə hücum ediblər.
Hadisə nəticəsində binaların birində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürüblər. Hücumun səbəbi və onu törədən şəxslərlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir həftə əvvəl də həmin rayonda polis əməkdaşlarına hücum edilmişdi.
KONKRET.az

Berlində naməlum şəxslər polis əməkdaşlarına hücum etdilər
10 Noyabr 2024 20:41
Berlində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər
10 Noyabr 2024 22:59
Türkiyədə polis əməkdaşlarına silahlı hücum oldu
21 Noyabr 2024 03:26
Türkiyədə polis əməkdaşlarına silahlı hücum edildi
21 Noyabr 2024 01:36
Türkiyədə polis əməkdaşlarına silahlı hücum olub
21 Noyabr 2024 01:34

