Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranda Yaşıl Hərəkatın liderlərindən olmuş Mirhüseyn Musəvi ölkədə etirazçılara qarşı güc tətbiqini xalqa qarşı “böyük xəyanət və cinayət” adlandırıb.
"AzPolitika" Qərb mediasına istinadla cəbər verir ki, Musəvi ölkədə təcili referendum keçirilməsinə və xarici müdaxilə olmadan hökumətin dəyişdirilməsinə çağırıb.
“İnsanlar necə deyə bilərlər ki, onlara bu sistem lazımdır? Bəsdirin. Oyun bitib. Siznin ölkədəki böhranlardan çıxışla bağlı bir qərarınız yoxdur və bu millətin nəticə əldə etməyənə qədər yenidən etiraz etməkdən başqa seçimi yoxdur”, - deyə, o, bildirib.
Onun sözlərinə görə, hüquq mühafizə orqanları əvvəl-axır etirazları dayandırmaqdan imtina edəcək. O, hakimiyyəti silahı yerə qoyub, hakimiyyətdən getməyə çağırıb: “Bütün maraqları birləşdirən konstitusiya referendumu 3 prinsip əsasında keçirilməlidir: Xarici müdaxilə olmamalı, daxili tiraniyadan imtina edilməli və dinc demokratik keçid təmin edilməlidir”.
İranda dekabrın sonlarında sosial tələblərlə başlayan etirazlar hökumət qüvvələri tərəfindən sərt formada yatırılıb. Beynəlxalq hüquq təşkilatları etirazlarda 5000-dən çox adamın öldürüldüyünü deyiblər.
Mirhüseyn Musəvi İranın ilk baş nazirlərindəndir. Əslən İran azərbaycanlısı olan Musəvi islahatçı qanadın nümayəndəsi kimi tanınır. 2009-cu ildə o, prezident seçkisindən sonra etirazların aparıcı siması olmuş, sonralar “Yaşıl Hərəkat” adını almış mitinqlərə rəhbərlik etmişdi. O, İranda hakimiyyətdə səlahiyyətlərin ali dini liderdən alınaraq, prezidentə verilməsini istəyən əsas siyasətçilərdən biri olub. Musəvi 2009-cu ildən həyat yoldaşı ilə birgə ev dustaqlığındadır.
Rasim
"AzPolitika.info"