Icma.az
close
up
RU
“Bəsdirin, oyun bitib...” Musəvi İran rejimini hakimiyyəti təhvil verməyə çağırdı

“Bəsdirin, oyun bitib...” Musəvi İran rejimini hakimiyyəti təhvil verməyə çağırdı

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda Yaşıl Hərəkatın liderlərindən olmuş Mirhüseyn Musəvi ölkədə etirazçılara qarşı güc tətbiqini xalqa qarşı “böyük xəyanət və cinayət” adlandırıb.

"AzPolitika" Qərb mediasına istinadla cəbər verir ki, Musəvi ölkədə təcili referendum keçirilməsinə və xarici müdaxilə olmadan hökumətin dəyişdirilməsinə çağırıb.

“İnsanlar necə deyə bilərlər ki, onlara bu sistem lazımdır? Bəsdirin. Oyun bitib. Siznin ölkədəki böhranlardan çıxışla bağlı bir qərarınız yoxdur və bu millətin nəticə əldə etməyənə qədər yenidən etiraz etməkdən başqa seçimi yoxdur”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, hüquq mühafizə orqanları əvvəl-axır etirazları dayandırmaqdan imtina edəcək. O, hakimiyyəti silahı yerə qoyub, hakimiyyətdən getməyə çağırıb: “Bütün maraqları birləşdirən konstitusiya referendumu 3 prinsip əsasında keçirilməlidir: Xarici müdaxilə olmamalı, daxili tiraniyadan imtina edilməli və dinc demokratik keçid təmin edilməlidir”.

İranda dekabrın sonlarında sosial tələblərlə başlayan etirazlar hökumət qüvvələri tərəfindən sərt formada yatırılıb. Beynəlxalq hüquq təşkilatları etirazlarda 5000-dən çox adamın öldürüldüyünü deyiblər. 

Mirhüseyn Musəvi İranın ilk baş nazirlərindəndir. Əslən İran azərbaycanlısı olan Musəvi islahatçı qanadın nümayəndəsi kimi tanınır. 2009-cu ildə o, prezident seçkisindən sonra etirazların aparıcı siması olmuş, sonralar “Yaşıl Hərəkat” adını almış mitinqlərə rəhbərlik etmişdi. O, İranda hakimiyyətdə səlahiyyətlərin ali dini liderdən alınaraq, prezidentə verilməsini istəyən əsas siyasətçilərdən biri olub. Musəvi 2009-cu ildən həyat yoldaşı ilə birgə ev dustaqlığındadır.

Rasim

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Yanvar 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri