Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhəri Rusiyanın Xankəndində yerləşən 366-cı alayının başçılığı ilə erməni silahlı qüvvələrinin amansız hücumuna məruz qaldı.
Əhalisi 7 min nəfərdən çox olan Xocalı şəhəri tarixin indiyədək görmədiyi vəhşilikləri yaşadı.
Şəhərin işğalı zamanı 613 nəfər işgəncə ilə öldürülmüş, bunlardan 63-ü uşaq, 106-ı qadın idi, 8 ailə tamamilə məhv edilmiş və 1275 nəfər əsir götürülmüşdür.
Xocalı şəhəri 1988-ci ildən erməni quldurlarının hədəfində idi.
1991-ci il noyabr ayından şəhər mühasirəyə alınmışdı ki, bu ermənilər soyqırım məqsədlərini həyata keçirmək üzrə olduqlarını göstərirdi.
Ermənilər Xocalı şəhərini xüsusilə seçmişdilər. Çünki Xocalı qədim tarixə malik olan maddi-mədəni abidələri qoruyub saxlayırdı.
Bu ermənilərin ən qədim zamanlardan Qarabağ torpaqlarında yaşaması faktını inkar edən əsas sübutlardan biri idi.