Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bəşəriyyətə qarşı cinayət Xocalı soyqırımı

Bəşəriyyətə qarşı cinayət Xocalı soyqırımı

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhəri Rusiyanın Xankəndində yerləşən 366-cı alayının başçılığı ilə erməni silahlı qüvvələrinin amansız hücumuna məruz qaldı. Əhalisi 7 min nəfərdən çox olan Xocalı şəhəri tarixin indiyədək görmədiyi vəhşilikləri yaşadı. Şəhərin işğalı zamanı 613 nəfər işgəncə ilə öldürülmüş, bunlardan 63-ü uşaq, 106-ı qadın idi, 8 ailə tamamilə məhv edilmiş və 1275 nəfər əsir götürülmüşdür.

Xocalı şəhəri 1988-ci ildən erməni quldurlarının hədəfində idi. 1991-ci il noyabr ayından şəhər mühasirəyə alınmışdı ki, bu ermənilər soyqırım məqsədlərini həyata keçirmək üzrə olduqlarını göstərirdi. Ermənilər Xocalı şəhərini xüsusilə seçmişdilər. Çünki Xocalı qədim tarixə malik olan maddi-mədəni abidələri qoruyub saxlayırdı. Bu ermənilərin ən qədim zamanlardan Qarabağ torpaqlarında yaşaması faktını inkar edən əsas sübutlardan biri idi. Eyni zamanda Ağdam-Şuşa və Əsgərən-Xankəndi yolundakı yeganə hava limanı Xocalı ərazisində yerləşirdi. Erməni silahlı qüvvələri həm gələcək məqsədlərinə mane ola biləcək havadan yardım ehtimalını aradan qaldırmağa çalışır, həm də aeroportu Azərbaycanlıların nəzarətindən alaraq özləri üçün istifadə etməyi planlayırdılar. Eyni zamanda Xocalı şəhəri ermənilərin özlərinə paytaxt kimi seçdikləri Xankəndi şəhərinin 10 km uzaqlığında yerləşirdi.

Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Qeyrətimizə sığışmayan, Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşamaq qismətimiz idi. Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər.

Hər il xalqımız tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Lakin atalarımızın dediyi kimi haqq nazilər, ancaq üzülməz. Məhz haqqın tərəfində olmağımız, əzəli torpaqlarımızın işğalçılardan azad olunması uğrunda apardığımız savaşda qalibiyyətimizi təsdiqlədi.

2020-ci ilin 27 sentyabrında başlayaraq, cəmi 44 gün davam edən Vətən müharibəsində, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra, təbii ki, Ulu Öndərimiz Heydər Əliyevin , Xocalı Faciəsi şəhidlərinin, ümumiyyətlə bütün şəhidlərimizin ruhu şaddır.Artıq 5-ci ildir ki, biz faciə qurbanlarının anılması zamanı başımızı dik tuturuq. Çünki Azərbaycan Ordusu bu qeyrət, ləyaqət ləkəsini üstümüzdən götürdü və bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin də qanı alındı. Qürurluyuq ona görə ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən Xocalı faciəsi qurbanlarının qisası alınıb. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocalıda da üçrəngli ,şanlı bayrağımız dalğalanır.

Öz güclü, səriştəli lideri Prezident İlham Əliyevin yürütdüyü düzgün xətt üzrə yönəlmiş siyasət nəticəsində , bu gün ağır sınaqlardan çıxaraq Azərbaycan öz parlaq gələcəyinə doğru inamala irəliləyir.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri