Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
''Beşiktaş''ın bu mövsümkü Avropa Liqası macərası fanatlar üçün belə desək əziyyətli keçir.
Komanda onsuz da nəticələri ilə fanatlarını çox da sevindirə bilmir.
Bu azmış kimi tez-tez azarkeşlərin stadiona buraxılmasında da problem yaranır.
Daha öncə 1-ci turda ''Ayaks'' ''Beşiktaş''lı fanatların ''Amsterdam Arena''ya buraxılmaması üçün UEFA-ya müraciət etmiş, amma istəyinə çata bilməmişdi.
3-cü turda isə ''Lion'' arzusuna çatmış və ''Qartal'' fanatları Fransada oyunu stadiondan izləyə bilməmişdi.
Bu azmış kimi 5-ci turda ''Beşiktaş'' siyasi səbəblər üzündən Tel-Əviv ''Makkabi''sini İstanbulda yox, Macarıstanın Debretsen şəhərində, özü də boş tribunalar önündə qəbul etməli olmuşdu.
Bütün bu hadisələrdən sonra indi də yeni bir problem ortaya çıxıb.