Icma.az
close
up
RU
Beşiktaş fanatları üçün Avropada növbəti qadağa

Beşiktaş fanatları üçün Avropada növbəti qadağa

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

''Beşiktaş''ın bu mövsümkü Avropa Liqası macərası fanatlar üçün belə desək əziyyətli keçir.

Komanda onsuz da nəticələri ilə fanatlarını çox da sevindirə bilmir. Bu azmış kimi tez-tez azarkeşlərin stadiona buraxılmasında da problem yaranır. Daha öncə 1-ci turda ''Ayaks'' ''Beşiktaş''lı fanatların ''Amsterdam Arena''ya buraxılmaması üçün UEFA-ya müraciət etmiş, amma istəyinə çata bilməmişdi. 3-cü turda isə ''Lion'' arzusuna çatmış və ''Qartal'' fanatları Fransada oyunu stadiondan izləyə bilməmişdi. Bu azmış kimi 5-ci turda ''Beşiktaş'' siyasi səbəblər üzündən Tel-Əviv ''Makkabi''sini İstanbulda yox, Macarıstanın Debretsen şəhərində, özü də boş tribunalar önündə qəbul etməli olmuşdu.
Bütün bu hadisələrdən sonra indi də yeni bir problem ortaya çıxıb. Yanvarın 31-nə təsadüf edəcək son turda ''Beşiktaş'' Enshededə ''Tvente''nin qonağı olacaq. Bu oyunla bağlı Niderlandda qalmaqallı bir qərar qəbul olunub. Yerli polislər tərəfindən oyun yüksək riskli qarşılaşma siyahısına daxil edilib. Polislərlə toplantı keçirdikdən sonra Enshedenin bələdiyyə sədri Rulof Bleker təhlükəsizliyi bəhanə edərək stadiona ''Beşiktaş'' fanatlarının buraxılmaması ilə bağlı qərar qəbul edib! Halbuki dekabrın 17-də iki klubun rəsmiləri, UEFA nümayəndəsi və Blekerin iştirakı ilə toplantı baş tutmalı idi. ''Beşiktaş'' rəsmiləri həmin toplantıya qədər bələdiyyə sədrindən heç bir radikal qərar qəbul etməməyi xaiş etmişdi.
Maraqlıdı ki, bu mövsüm artıq bir İstanbul nəhəngi Enshedeyə səfər edib. Söhbət ''Fənərbaxça''dan gedir. Həmin vaxt məsələ bu qədər şişirdilməmişdi və türkiyəli fanatların stadiona girişinə heç bir problem yaradılmamışdı. ''Beşiktaş'' geniş bir bəyanat yayaraq Rudolf Blekeri yıxıb-sürüyüb. Klub qeyd edib ki, hüquqi cəhətdən heç bir əsası olmayan bu qərarın aradan götürülməsi üçün həm xarici işlər nazirliyinə, həm də UEFA-ya müraciət ediləcək.
ƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri