Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) – "Hapoel" (İsrail) oyunu bərpa edilib.
Yeniavaz.com xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan oyunda hakimlər briqadasının soyunma otağından qayıtmasından sonra bərpa edilib.
Oyun təxminən 40 dəqiqə sonra bərpa olunub və qaldığı yerdən - 25-ci dəqiqədən start götürüb.
*** 23:03
UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik baş verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Gürcüstan polisi “Beşiktaş” azarkeşlərinə müdaxilə edib və oyun 25-ci dəqiqədə dayandırılıb.
Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan oyunda “Beşiktaş” azarkeşlərinə polis müdaxiləsinə cavab olaraq gərginlik artıb.
Hadisələrdən sonra Matçın hakimləri rəqib komanda ilə birlikdə soyunma otağına gedib. Beşiktaş oyunçuları isə tribunadakı azarkeşləri sakitləşdirməyə çalışıblar.
Bir “Beşiktaş” azarkeşi yaralanaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Gürcüstan polisinin gözyaşardıcı qazdan istifadə etdiyi bidirilir.
Oyunun taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.