“Beşiktaş” “Hapoel”: Oyunu bərpa edildi + Yenilənib
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) – "Hapoel" (İsrail) oyunu bərpa edilib.
Yeniavaz.com xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan oyunda hakimlər briqadasının soyunma otağından qayıtmasından sonra bərpa edilib.
Oyun təxminən 40 dəqiqə sonra bərpa olunub və qaldığı yerdən - 25-ci dəqiqədən start götürüb.
*** 23:03
UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik baş verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Gürcüstan polisi “Beşiktaş” azarkeşlərinə müdaxilə edib və oyun 25-ci dəqiqədə dayandırılıb.
Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan oyunda “Beşiktaş” azarkeşlərinə polis müdaxiləsinə cavab olaraq gərginlik artıb.
Hadisələrdən sonra Matçın hakimləri rəqib komanda ilə birlikdə soyunma otağına gedib. Beşiktaş oyunçuları isə tribunadakı azarkeşləri sakitləşdirməyə çalışıblar.
Bir “Beşiktaş” azarkeşi yaralanaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Gürcüstan polisinin gözyaşardıcı qazdan istifadə etdiyi bidirilir.
Oyunun taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:Beşiktaş Hapoel matçında insident
26 Noyabr 2026 22:51
“Beşiktaş” “Hapoel”lə qarşılaşır Avropa Liqası
26 Noyabr 2026 09:20
“Beşiktaş” “Hapoel Beer Şeva” ilə Gürcüstanda qarşılaşacaq
30 Oktyabr 2026 23:07
“Beşiktaş” Gürcüstanda “Hapoel”lə üz üzə YENİLƏNİR
26 Noyabr 2026 08:46
Hapoel lə oyunda Beşiktaş azarkeşi xəsarət alıb
26 Noyabr 2026 23:02
Baxış sayı:83
Bu xəbər 26 Noyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















