Beşinci Respublikada yoxsullar çoxalır

28.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Son 15 ildə Fransada uzunmüd­dətli yoxsulluq hal­ları, demək olar ki, iki dəfə artıb. Milli Statistika və İqtisadi Araşdırmalar İnsti­tutunun dərc etdiyi araşdırmaya görə, 2021–2024-cü illərdə ölkə əhalisinin təxminən dörddəbi­ri azı bir dəfə yoxsulluqla üzləşib. Araşdırmaya əsasən, Fransanın xarici əraziləri istisna olmaqla, əhalinin 7,2 faizi həmin dövrdə yoxsulluq həddindən aşağı gəlirlə yaşayıb. 2008–2011-ci illərdə bu göstərici 4,3 faiz təşkil edib. Ümu­milikdə, 2021–2024-cü illər ərzində Fransa əhalisinin 23,6 faizi ən azı bir dəfə yoxsulluqla üzləşib. 2024-cü ildə yox­sulluğun səviyyəsi 15,4 faiz, 2008-ci ildə bu göstərici 12,9 faiz olub. 2023-cü ildə yoxsul insanların 71,4 faizi növbəti il də eyni vəziyyətdə qalıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью