Beşinci Respublikada yoxsullar çoxalır
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Son 15 ildə Fransada uzunmüddətli yoxsulluq halları, demək olar ki, iki dəfə artıb. Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun dərc etdiyi araşdırmaya görə, 2021–2024-cü illərdə ölkə əhalisinin təxminən dörddəbiri azı bir dəfə yoxsulluqla üzləşib. Araşdırmaya əsasən, Fransanın xarici əraziləri istisna olmaqla, əhalinin 7,2 faizi həmin dövrdə yoxsulluq həddindən aşağı gəlirlə yaşayıb. 2008–2011-ci illərdə bu göstərici 4,3 faiz təşkil edib. Ümumilikdə, 2021–2024-cü illər ərzində Fransa əhalisinin 23,6 faizi ən azı bir dəfə yoxsulluqla üzləşib. 2024-cü ildə yoxsulluğun səviyyəsi 15,4 faiz, 2008-ci ildə bu göstərici 12,9 faiz olub. 2023-cü ildə yoxsul insanların 71,4 faizi növbəti il də eyni vəziyyətdə qalıb.
XQ
Baxış sayı:63
Bu xəbər 28 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















