Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
90 illik şanlı tarixi olan Azərbaycan Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı.
SİA xəbər verir ki, ittifaqın konfras zalına toplaşan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, katiblər, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və İsdarə Heyətinin üzvləri ilk olaraq dahi Üzeyir Hacıbəylini yad edib, bu İttifaqın qurulmasında onun fəaliyyətini alqışlayaraq, bir daha ruhuna minnətdar olduqlarını bildirdilər.
İttifaqın sədri Firəngiz Əlizadə ənənəyə sadiq qalaraq İdarə Heyətinin üzvləri qarşısında 90 illik yubileylə bağlı keçirilən tədbirlərin hesabatını verdi.
Bakıda, Gəncədə, Şəkidə, Şuşada və Berlndə keçirilən yubiley tədbirlərinin Azərbaycan bəstəkarlıq məktəbi üçün dəyərli töhfələr olduğunu söylədi.
Firəngiz xanım festival çərçivəsində keçirilən konsertlərin proqramı haqqında da İdarə Heyətinin üzvlərinə məlumat verdi.
Onu da qeyd etdi ki, festival çərçivəsində bəstəkarların yeni əsərləri səslənəcək.
İttifaqın katibləri Zemfira Qafarova Bəstəkarlar İttifaqının üzvü olan musiqişünasların fəaliyyətindən danışdı, Cəlal Abbasov isə İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyəti haqqında söhbət açdı.
Tam oxu
Xəbəri oxu