Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı

Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

90 illik şanlı tarixi olan Azərbaycan Bəstəkarlar İttifaqı yubiley çərçivəsində növbəti festivalına başladı. SİA xəbər verir ki, ittifaqın konfras zalına toplaşan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, katiblər, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və İsdarə Heyətinin üzvləri ilk olaraq dahi Üzeyir Hacıbəylini yad edib, bu İttifaqın qurulmasında onun fəaliyyətini alqışlayaraq, bir daha ruhuna minnətdar olduqlarını bildirdilər.

İttifaqın sədri Firəngiz Əlizadə ənənəyə sadiq qalaraq İdarə Heyətinin üzvləri qarşısında 90 illik yubileylə bağlı keçirilən tədbirlərin hesabatını verdi. Bakıda, Gəncədə, Şəkidə, Şuşada və Berlndə keçirilən yubiley tədbirlərinin Azərbaycan bəstəkarlıq məktəbi üçün dəyərli töhfələr olduğunu söylədi. Firəngiz xanım festival çərçivəsində keçirilən konsertlərin proqramı haqqında da İdarə Heyətinin üzvlərinə məlumat verdi. Onu da qeyd etdi ki, festival çərçivəsində bəstəkarların yeni əsərləri səslənəcək.

İttifaqın katibləri Zemfira Qafarova Bəstəkarlar İttifaqının üzvü olan musiqişünasların fəaliyyətindən danışdı, Cəlal Abbasov isə İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyəti haqqında söhbət açdı. Qeyd olundu ki, vaxtaşırı olaraq kamera-instrumental, vokal musiqi, simfonik musiqi, xor musiqisi, uşaq musiqisi və bu kimi bölmələrdə iclaslar keçirilib, bəstəkarın bu istiqamətlərdə əsərləri müzakirə olunaraq ifaya təqdim olunub.

İdarə Heyətinin iclasında sənətşünaslıq elmləri doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digər şəxslər çıxış edərək 90 illik yubileylə bağlı keçirilən tədbirlərin və Bəstəkarlar İttifaqının fəaliyyətini Azərbaycan musiqi mədəniyyəti üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladılar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 90 illik yubileylə əlaqədar olaraq Azərbaycan Televizİyasının “Mədəniyyət” kanalında yayımlanan “Bəstəkarlar İttifaqı-90” silsiləsindən təqdim olunan verilişlərin insanların İttifaqın fəaliyyəti ilə bağlı maarifləndirilməsində mühüm əhəmiyyətini qeyd etdi.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təşkilatın nizamnaməsinə uyğun olaraq gündəlikdə yeni üzvlərin qəbul olunması məsələsini təklif etdi. Bu məqsədlə sənədləri təqdim olunan gənc bəstəkarlar Aydan Əliyeva və Üzeyir Məmmədov İdarə Heyətinin üzvlərinin qərarı ilə Azərbaycan Bəstəkarlar ittifaqına üzv seçildilər.

Festival öz işini 22 noyabr, saat 19.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin idarəsi ilə davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri