Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Leyla ZÖHRABOVA Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün - 18 sentyabr musiqi ictimaiyyətimiz üçün ən əlamətdar tarixdir.
Heç də təsadüfi deyil ki, məhz 1995-ci ildən başlayaraq Ulu öndər Heydər Əliyevin sərəncamı ilə həmin gün bütün respublikamızda musiqi günü kimi qeyd olunur.
18 sentyabr tarixi həm də 2009-cu ildən bu günə kimi musiqi ictimaiyyətində böyük festivalın başlanğıcı kimi yadda qalıb.
Hər il 18-28 sentyabr tarixləri bir sıra əlamətdar tədbirlərin həyata keçməsi ilə diqqət çəkir.
Çünki hər il festival çərçivəsində çox sayda kollektivlər, həm yerli, həm də xarici qonaqlar iştirak edir, maraqlı konsert proqramları, tədbirlər ilə çıxışlar edirlər.
2025-ci il isə bu baxımdan xüsusilə diqqətəlayiqdir. Çünki bu il dahi bəstəkarımız Üzeyir bəyin 140 illik yubileyi qeyd olunur.
Yubiley ili çərçivəsində bir sıra tədbirlərdə iştirak edən təşkilatlar ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) fəaliyyəti də çox önəmli və diqqətəlayiqdir.