Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqının fəaliyyəti Üzeyir Hacıbəylinin 140 illiyi kontekstində

Bəstəkarlar İttifaqının fəaliyyəti Üzeyir Hacıbəylinin 140 illiyi kontekstində

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Leyla ZÖHRABOVA
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent

Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün - 18 sentyabr musiqi ictimaiyyətimiz üçün ən əlamətdar tarixdir. Heç də təsadüfi deyil ki, məhz 1995-ci ildən başlayaraq Ulu öndər Heydər Əliyevin sərəncamı ilə həmin gün bütün respublikamızda musiqi günü kimi qeyd olunur.

18 sentyabr tarixi həm də 2009-cu ildən bu günə kimi musiqi ictimaiyyətində böyük festivalın başlanğıcı kimi yadda qalıb. Hər il 18-28 sentyabr tarixləri bir sıra əlamətdar tədbirlərin həyata keçməsi ilə diqqət çəkir. Çünki hər il festival çərçivəsində çox sayda kollektivlər, həm yerli, həm də xarici qonaqlar iştirak edir, maraqlı konsert proqramları, tədbirlər ilə çıxışlar edirlər.

2025-ci il isə bu baxımdan xüsusilə diqqətəlayiqdir. Çünki bu il dahi bəstəkarımız Üzeyir bəyin 140 illik yubileyi qeyd olunur. Yubiley ili çərçivəsində bir sıra tədbirlərdə iştirak edən təşkilatlar ilə yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) fəaliyyəti də çox önəmli və diqqətəlayiqdir. Yubiley ili olduğu üçün Azərbaycan Bəstəkarlar İttifaqında bu məramla bir sıra tədbirlərə ilin əvvəlindən başlanılmışdı.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə 2025-ci ilin əvvəlindən başlayaraq bu musiqi ocağında bir sıra konsertlər, konfranslar keçirilib. Bu tədbirlər içərisində 18 apreldə "Üzeyir Hacıbəyli "Leyli və Məcnun"dan "Koroğlu"ya, Müslüm Maqomayev "Şah İsmayıl"dan "Nərgiz"ə" adlı elmi konfransı, 27 mayda Cahangir Cahangirov adına Xor kollektivinin (bədii rəhbər və baş dirijor: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova) konserti, 30 may tarixində "Bakının ulduzları" instrumental ansamblın konserti və digərləri məhz ABİ-nin Üzeyir Hacıbəyli adına konsert zalında keçirilmişdi. Bu tədbirlərdə dahi Üzeyir bəyin və onun davamçılarının əsrarəngiz əsərləri səsləndirilmiş, zəngin materialı özündə əks etdirən və Üzeyir dünyasının bu günə qədər də araşdırılmayan səhifələrini üzə çıxaran məruzələr dinlənilmişdi.

Üzeyir bəyə həsr olunmuş festival çərçivəsində isə hər il adət olunduğu kimi konfransın təşkili, gənclərin əsərlərindən ibarət konsert proqramının və yeni kitabın dərc olunması bu yubiley ilində də davam edib.

Beynəlxalq festival çərçivəsində ABİ-nin fəaliyyəti bir neçə tədbir ilə diqqəti cəlb etdi. Festival çərçivəsində ilk tədbir 19 sentyabr tarixində baş tutdu. Bu, ABİ-nin konfrans zalında "Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti" adlı elmi konfransın təşkili idi. Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə açdı. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində ictimai xadim, bəstəkar, pedaqoq kimi fəaliyyətindən söhbət açaraq, festivalın əhəmiyyəti, onun özəlliyi və tutduğu mövqeyi ilə bağlı öz fikirlərini bölüşdü və Üzeyir bəyin əsərlərinin bütün dünyanın müxtəlif konsert salonlarında səslənməsini, onun yüksək alqışlarla qarşılanmasını, daha sonra festivalda, nəinki azərbaycanlıların, eləcə də, bir çox müxtəlif xalqların nümayəndələrinin iştirakını, həmçinin bölgələrdə Şuşada, Xankəndində, Gəncədə keçirilən konsert və tamaşaları qeyd etdi.

Daha sonra səslənən məruzələr Üzeyir bəyin məhz pedaqoji fəaliyyətinə yönəlmişdi, bu mövzuda məruzəçilərin, konfrans iştirakçılarının çıxışları səsləndirildi. Bu baxımdan Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyevanın "Dahi Üzeyir Hacıbəylinin tələbələri haqqında musiqi düşüncələri", Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadənin "Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyətində çoxşaxəlilik", Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın "Üzeyir Hacıbəylinin Azərbaycan musiqi təhsilinin təşəkkülündə rolu", musiqişünas-bəstəkar Aysel Kərimin "Üzeyir Hacıbəyli irsinin təbliğində Azərbaycan Bəstəkarlar İttifaqının rolu" adlı mövzular əsasında məruzələrini misal göstərə bilərik. Təqdim olunan məruzələr Üzeyir bəy yaradıcılığının nə qədər zəngin olmasını və eyni zamanda bu gün də araşdırmaya ehtiyac duymasını nümayiş etdirdi.

Konfransın bədii hissəsində Üzeyir bəyin Nizami Gəncəvinin sözlərinə yazdığı "Sevgili canan" qəzəl-romansını və "Firuzə" operasından Firuzənin ariyasını Ü.Hacıbəyli adına BMA-nın tələbələri İsmayıl Əsədli və Nuray İsmayılova (konsertmeyster Dilarə Kərimova) səsləndirdi.

Müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kamera musiqisi konserti isə festivalın 7-ci günündə, yəni sentyabrın 24-də keçirildi. Ümumiyyətlə, müasir bəstəkarların əsərlərindən ibarət konsertin hər il festival çərçivəsində həyata keçirilməsi Firəngiz xanımın uzaqgörənliyinin bariz göstəricisidir desək, düz olar. Çünki Üzeyir bəyin yaratdığı bəstəkarlıq sənətinin möhkəm bünövrəsi bu günə qədər davam edir və o özül nəticəsində bir sıra davamçılar yetişir. Bu da təsadüfi deyil. Üzeyir bəyin musiqi mədəniyyətimiz qarşısında açdığı "qapılar" bu sənətin müxtəlif səpkidə inkişafını təmin edir. Bu həm milli üslubun müasir düşüncə tərzi ilə həmahəngləşməsi, həm estrada sənətində Azərbaycan etnosu ilə zənginləşməsi, həm də şifahi ənənəli professional musiqi sənətinin bu sənətdə inkişafı ilə bağlıdır. Bu səbəbdən yaşadığımız dövrdə gənc, müasir bəstəkarlarımızın fəaliyyəti zəngin özülün əsasında qurulub. Məhz bu baxımdan Firəngiz xanım uzun illərdir ki, gənclərin kamera əsərlərindən ibarət konsertin daim zəruri olmasını vurğulayır və bu konserti sanki geniş dinləyici kütləsi qarşısında hesabatı kimi qiymətləndirir.

Festival çərçivəsində Musiqi forumunda dünya şöhrətli bəstəkarımız Firəngiz xanımın çıxışını xüsusi olaraq qeyd etməliyik. 26 sentyabr tarixində çox böyük vüsət ilə "Gülüstan" sarayında musiqi forumu oldu. İki paneldən ibarət forumun giriş hissəsində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raumkulova, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Fərhad Bədəlbəyli, İSESKO-nun Bakı Regional ofisinin direktoru Abdulhakeem Farhad Alsenan çıxış etdilər.

Firəngiz xanım nitqində öncə diqqətimizi konfransın "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" kimi adlandırılmasına yönəltdi. O, Üzeyir bəyi keçmiş ilə deyil, öz dövrünün prizmasından gələcəyi görməsi ilə ön plana çəkilməsi ideyasını irəli sürdü. Bu fikirdə böyük həqiqət və dürüstlük var. Tarixdə yaşayan dahilərin əsas missiyası da məhz budur. Firəngiz xanımın çıxışında da Üzeyir irsinə nə qədər həssaslıqla, incəliklə yanaşmasının şahidi olduq. Buna bir bariz nümunə də illər öncə "Üzeyir irsi" layihəsi çərçivəsində Üzeyir bəyin bir sıra əsərlərinin yenidən bərpa olunmasıdır. Bu səpkidə "Əsli və Kərəm" operası maraqlı nümunə ola bilər. Bu işə Firəngiz xanım böyük sevgi ilə yanaşmış, uzun zamanın ayrılması və ayrı-ayrılıqda operanın notlarının yığılması onun toplanılması işi aparılmışdı. 

Nəhayət festival çərçivəsində ABİ-nin həyata keçirdiyi son tədbir "Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində" (tərtibçi: sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı) adlı kitabın təqdimatı oldu. Bu, artıq kitabın ikinci cildidir. Birinci cild 2016-cı ildə nəşr olunmuşdu. Məqalələr məcmusunun maraqlı konsepsiyası artıq başlıqdan aydın izah olunur. Bu bilavasitə Üzeyir bəy haqqında bəsəkarların, musiqişünasların, ifaçıların, dövlət xadimlərinin, eləcə də digər sənət nümayəndələrinin fikir və düşüncələri, sevgi və diqqəti təqdim olunur. İkinci cild də eyni konsepsiyanı özündə qoruyur. Kitabın təqdimatı maraqlı çıxışlar ilə diqqəti cəlb etdi.

Üzeyir bəyin 140 illik yubileyi ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən bir layihə də xüsusilə diqqətəlayiqdir. Bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə musiqişünaslıq və bəstəkarlıq üzrə respublika müsabiqələridir. Musiqişünaslıq üzrə müsabiqə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrini əhatə edərək yüksək elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin üzə çıxarılmasına yönəlib. Maraqlıdır ki, bəstəkarlıq müsabiqəsi də Azərbaycan üçün çox vacib və böyük əhəmiyyətli yubileyə - Vətən Müharibəsində Şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş orkestr və xor əsərləri janrında yazılmış yüksək peşəkar səviyyəni əks etdirən, forma mükəmməlliyi və mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin aşkar edilməsinə yönəldilib. Hər iki sahə üzrə bir sıra işlər Azərbaycan Bəstəkarlar İttifaqına daxil olub, hazırda bu işlərin münsiflər tərəfindən qiymətləndirilməsi mərhələsi həyata keçirilir, bu səbəbdən bütün iştirakçılara böyük uğurlar arzu edirik.

Diqqətəlayiqdir ki, həm bu günə qədər yaradılan bəstəkar əsərləri, həm bu günə qədər yazılan musiqişünas tədqiqatları, həm də bundan sonra da yazılacaqlar onu bildirir ki, dahi sənətkara olan sevgi sonsuz və əbədidir.

"Sənətkar üçün ümumxalq rəğbəti və məhəbbəti qazanmaq çox çətindir. Xalq öz qəlbini ancaq əsl böyük insanlara, böyük qəlbli sənətkarlara, tamamilə özünü xalqa bəxş edənlərə açır. Və əgər o, xalq məhəbbətini qazanırsa, bu məhəbbət insanların ürəklərində əsrlərlə yaşayır və heç vaxt sönmür". Yazımı Üzeyir Hacıbəylinin tələbəsi, görkəmli bəstəkar Qara Qarayevin bu sözləri ilə bitirmək istərdim. Doğrudan da, xalqın sənətkarı olmaq, heç zaman sönməyən sevgi ilə xalq tərəfindən sevilmək hər kəsə nəsib olmur. Üzeyir Hacıbəyli məhz belə sənətkarlardandır. Onu da qətiyyətlə demək olar ki, xalqın bu məhəbbəti Üzeyir bəyin ölməz musiqisi kimi yaşayır və daim yaşayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri