Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi bədii gecə keçirilib

14.12.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Sarayında böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığını, milli ruhu və vətənpərvərlik ideyalarını əks etdirən ölməz misraları səsləndirilib.

Xalq artisti Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, qiraət ustası Sabirə Abdullayeva və bədii qiraətçi Xəzər Süleymanlının ifasında şairin şeirləri səsləndirilib.

Gecə çərçivəsində, həmçinin Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Qeyd edək ki, tədbir, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью