Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi bədii gecə keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Sarayında böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığını, milli ruhu və vətənpərvərlik ideyalarını əks etdirən ölməz misraları səsləndirilib.
Xalq artisti Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, qiraət ustası Sabirə Abdullayeva və bədii qiraətçi Xəzər Süleymanlının ifasında şairin şeirləri səsləndirilib.
Gecə çərçivəsində, həmçinin Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Qeyd edək ki, tədbir, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 14 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















