Bəxtiyar Vahabzadənin özbək dilində nəşr olunmuş “Jonimga jo Ozarbayjonim” kitabının Fərqa…
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Azərbaycan sənət və ədəbiyyat günləri” proqramı çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” (“Canıma yaxın – Azərbaycanım”) kitabının təqdimat mərasimi baş tutub.
Tədbir görkəmli söz ustadının 100 illik yubileyinə həsr olunub.Newscenter.az-ın xəbərinə görə, qeyd olunub ki, təqdim olunan “Jonimga jo – Ozarbayjonim” kitabı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində özbək dilinə tərcümə edilərək nəşr olunub.
Bu nəşr Bəxtiyar Vahabzadənin poeziyasını yeni oxucu auditoriyasına təqdim etməklə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi yaxınlaşmaya töhfə verən mühüm ədəbi hadisə kimi qiymətləndirilib.
Tədbiri Fərqanə Dövlət Universitetinin birinci prorektoru, filologiya elmləri doktoru, dosent Zakir Rəhimov açaraq qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əməkdaşlıq son illərdə daha da fəallaşıb.
O bildirib ki, Bəxtiyar Vahabzadə kimi ədəbiyyat korifeylərinin irsi iki xalqın mənəvi yaddaşını yaxınlaşdıran mühüm mənbələrdəndir.
Prorektor kitabın təqdimatını həm ədəbi mühit, həm də tələbə auditoriyası üçün yeni imkanlar açan əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirib.Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında qeyd etmişdir ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasi liderliyi nəticəsində yüksək etimad, qarşılıqlı dəstək və qardaşlıq prinsipləri əsasında inkişaf edir.
Onun sözlərinə görə, mədəni sahədə həyata keçirilən təşəbbüslər yalnız dövlətlərarası münasibətlərin ideya-mənəvi dayaqlarını möhkəmləndirmir, eyni zamanda xalqlar arasında dərin tarixi bağlara əsaslanan dostluq və mənəvi həmrəyliyin davamlı şəkildə güclənməsinə xidmət edir.Çıxışının davamında o, “Jonimga jo – Ozarbayjonim” kitabının özbək dilinə tərcümə edilərək nəşr olunmasını Bəxtiyar Vahabzadə irsinin yeni elmi və ədəbi auditoriyaya çatdırılması baxımından əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Tam oxu
Xəbəri oxu