Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bəxtiyar Vahabzadənin özbək dilində nəşr olunmuş “Jonimga jo Ozarbayjonim” kitabının Fərqanə Dövlət Universitetində təqdimatı keçirilib

Bəxtiyar Vahabzadənin özbək dilində nəşr olunmuş “Jonimga jo Ozarbayjonim” kitabının Fərqanə Dövlət Universitetində təqdimatı keçirilib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Azərbaycan sənət və ədəbiyyat günləri” proqramı çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” (“Canıma yaxın – Azərbaycanım”) kitabının təqdimat mərasimi baş tutub. Tədbir görkəmli söz ustadının 100 illik yubileyinə həsr olunub.
Newscenter.az-ın xəbərinə görə, qeyd olunub ki, təqdim olunan “Jonimga jo – Ozarbayjonim” kitabı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində özbək dilinə tərcümə edilərək nəşr olunub. Bu nəşr Bəxtiyar Vahabzadənin poeziyasını yeni oxucu auditoriyasına təqdim etməklə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi yaxınlaşmaya töhfə verən mühüm ədəbi hadisə kimi qiymətləndirilib.
Tədbiri Fərqanə Dövlət Universitetinin birinci prorektoru, filologiya elmləri doktoru, dosent Zakir Rəhimov açaraq qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əməkdaşlıq son illərdə daha da fəallaşıb. O bildirib ki, Bəxtiyar Vahabzadə kimi ədəbiyyat korifeylərinin irsi iki xalqın mənəvi yaddaşını yaxınlaşdıran mühüm mənbələrdəndir. Prorektor kitabın təqdimatını həm ədəbi mühit, həm də tələbə auditoriyası üçün yeni imkanlar açan əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında qeyd etmişdir ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasi liderliyi nəticəsində yüksək etimad, qarşılıqlı dəstək və qardaşlıq prinsipləri əsasında inkişaf edir. Onun sözlərinə görə, mədəni sahədə həyata keçirilən təşəbbüslər yalnız dövlətlərarası münasibətlərin ideya-mənəvi dayaqlarını möhkəmləndirmir, eyni zamanda xalqlar arasında dərin tarixi bağlara əsaslanan dostluq və mənəvi həmrəyliyin davamlı şəkildə güclənməsinə xidmət edir.
Çıxışının davamında o, “Jonimga jo – Ozarbayjonim” kitabının özbək dilinə tərcümə edilərək nəşr olunmasını Bəxtiyar Vahabzadə irsinin yeni elmi və ədəbi auditoriyaya çatdırılması baxımından əlamətdar hadisə kimi qiymətləndirmişdir. A.Marifli qeyd etmişdir ki, Vahabzadənin poeziyası yalnız müəyyən dövrün ədəbi-estetik düşüncəsini deyil, bütöv bir xalqın mənəvi axtarışlarını və duyğu dünyasını ifadə edir. O, həmçinin vurğulamışdır ki, şairin ana dilinin saflığının qorunmasına, türk kimliyinin möhkəmləndirilməsinə və türk dünyasının mənəvi birliyinə çağıran ideyaları bu gün də aktuallığını saxlayır və Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar-mədəni təməllərinin dərinləşməsinə mühüm töhfə verir.
Sonrakı çıxışlarda – Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Xabibullo Cürayev, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Gözəl Muxamejanova və Özbəkistanın xalq artisti, professor Sultanəli Mannopov Bəxtiyar Vahabzadənin yaradıcılığının özbək oxucusu üçün əhəmiyyətindən danışıblar.
Natiqlər çıxışlarında Azərbaycan şeirinin klassik ənənələr ilə müasir bədii düşüncə arasında mühüm körpü rolunu oynadığını, B.Vahabzadə poeziyasının isə bu xəttin ən parlaq nümunələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, şairin əsərlərində qaldırılan ideyalar – milli oyanış, azadlıq arzusu, mənəvi bütövlük, qardaşlıq və həmrəylik mövzuları Özbəkistanda da böyük rəğbətlə qarşılanır, iki xalqın oxucuları arasında mənəvi yaxınlıq yaradır.
Çıxış edənlər həmçinin Azərbaycan və Özbəkistan ədəbiyyatları arasındakı qarşılıqlı təsirlərdən, klassik və müasir yazarların hər iki ölkədə tanıdılmasının vacibliyindən bəhs edərək, bu kimi layihələrin ədəbi-mədəni dialoqun inkişafına mühüm təkan verdiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr truppası tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” kitabından seçilmiş şeirlər səsləndirilib. Şeirlərin dramatik-kompozisiya formasında təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və zalda xüsusi emosional ab-hava yaradıb.
Sonda qeyd edilib ki, Bəxtiyar Vahabzadənin əsərlərinin özbək dilinə tərcümə olunaraq Fərqanə ictimaiyyətinə təqdim edilməsi Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafında növbəti mühüm addımdır və bu cür ədəbi layihələr gələcəkdə də davam etdiriləcək.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Dekabr 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri