Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. “İnsan dilinin altında gizlənib” deyirlər.
Bununla dil şəxsin keyfiyyət göstəricilərindən biri olaraq tanınır. Dil həm də bir etnosun varlığı, mövcudluğu üçün əsas elementdir.
Dil mədəniyyət daşıyıcısıdır. Onun yoxluğu nəticəsində etnos assimilyasiya olunur, tarixə çevrilir. Bəzən dil qalır, etnos ölür.
Latınlar kimi. Hazırda dünyada 7 min dil var. Ancaq hər il bir çox ləhcələr sıradan çıxır.
Fevralın 21-i, dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün həm bayramdır, həm də hələ də bayrama çevrilməyən təqvimdir.
1999-cu ilin noyabrında UNESCO-nun baş konfransının 30-cu sessiyasında Beynəlxalq ana dili günü təsis edilib.
2000-ci il fevralın 21-dən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd olunur.
Beynəlxalq Ana dili günü 25 ildir dünyanın müxtəlif ölkələrində keçirilir. Bu tarix təsadüfi seçilməyib.