Icma.az
close
up
RU
Beynəlxalq Ana dili günü Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili ANALİZ

Beynəlxalq Ana dili günü Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili ANALİZ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

“İnsan dilinin altında gizlənib” deyirlər. Bununla dil şəxsin keyfiyyət göstəricilərindən biri olaraq tanınır. Dil həm də bir etnosun varlığı, mövcudluğu üçün əsas elementdir. Dil mədəniyyət daşıyıcısıdır. Onun yoxluğu nəticəsində etnos assimilyasiya olunur, tarixə çevrilir. Bəzən dil qalır, etnos ölür. Latınlar kimi.

Hazırda dünyada 7 min dil var. Ancaq hər il bir çox ləhcələr sıradan çıxır.

Fevralın 21-i, dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün həm bayramdır, həm də hələ də bayrama çevrilməyən təqvimdir. 1999-cu ilin noyabrında UNESCO-nun baş konfransının 30-cu sessiyasında Beynəlxalq ana dili günü təsis edilib. 2000-ci il fevralın 21-dən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd olunur.

Beynəlxalq Ana dili günü 25 ildir dünyanın müxtəlif ölkələrində keçirilir.

Bu tarix təsadüfi seçilməyib. 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə öldürülüb. Onların şərəfinə də bu gün elan olunub.

Azərbaycanda avqustun 1-də Azərbaycan Dili və Əlifbası Günü qeyd edilir. Bu, ölkə üzrə rəsmi Bayram günü sayılır.

Keçmiş SSRİ dövründə də Azərbaycan dilinin, azərbaycanlıların assimilyasiyası üçün Moskva  çox saylı layihələr, planlar həyata keçirib. Ancaq onların çoxunun qarşısı alınıb. Məsələn, azərbaycanllar adınan Kremlə Respublikanın rəsmi dilinin rusca olmasına dair çoxsaylı müraciətlər ünvanlanıb.

Onun qarşısını bir vaxtlar Azərbaycan Ali Sovetinin sədri olanda Mirzə İbrahimov və Azərbaycan Kommunist Partiyasının birinci katibi olanda Heydər Əliyev almışdı. O vaxtla Azərbaycan SSR-in konstitusiyasında bununla bağlı dəyişiklik edilməsi təklif olunurdu. Rus dili bütün sahələrdə hakim kəsilmişdi. Elə milli azadlıq hərəkatı zamanı Azərbaycan dilinin təmizliyi, statusu ilə bağlı məsələ əsas tələblərdən olub.

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə bu qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. 2001-ci il avqustun 1-də respublika ərazisində Kirill qrafikalı əlifbanın tətbiqi dayandırılıb. Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalayıb.

Ancaq Azərbaycan türklərinin yerli sakini olduğu ölkələrdə vəziyyət heç də birmənalı deyil.

Dağıstan Respublikasının Dərbənd şəhərində 60 mindən çox azərbaycanlı var. Ancaq məktəblərdə ana dilinin tədrisi aşağı səviyyədədir. Şəhərdə 48 məktəb fəaliyyət göstərir. Onlardan yalnız səkkizində azərbaycanlılar oxuyur. Bütün dərslər isə rus dilində keçirilir. Azərbaycan dilinin tədrisinə isə çox az saat ayrılıb.

Azərbaycanda 80 mindən çox insan rus dilində təhsil alır. Ölkə üzrə rus dilində 15 ümumtəhsil məktəbi var. Azərbaycanın 324 məktəbində rus dili tədris olunur, 800 mindən çox məktəbli ikinci dil kimi bu dili öyrənir.

Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Orada 116 Azərbaycan məktəbi fəaliyyət göstərir. Saylarına görə Azərbaycanda isə 10 gürcü orta təhsil müəssisəsi var.

Ermənistanda da sovet dövründə Azərbaycan məktəbləri fəaliyyət göstərirdi. Ancaq 1988-ci ildə qərbi azərbaycanlıların öz yurdlarından qovulması ilə bu məktəblərin də fəaliyyəti bitib. Ermənistan hakimiyyəti bununla da ölkə üzrə Azərbaycan türklərinin bütün mədəni izlərini təmizləmiş olublar.

Rusiyada zəif, Gürcüstanda orta səviyyədə Azərbaycan türkcəsi tədris olunur, Ermənistanda isə etnik təmizləmə nəticəsində bu yoxa endirilib.

İran İslam Respublikasında milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaqdan məhrum edilib.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zaman bu məsələ ilə bağlı demişdi: “İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir”.

O deyib ki, İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur: “Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir". 

Bu yaxınlarda İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən “Azərbaycan mədəniyyəti həftəsində” Məhəmmədhüseyn Şərhiyarın “Heydərbabaya salam” poemasından iki beyti Azərbaycan türkcəsində deməsini də çox gördülər. Ona farsca danışmaq üçün göstəriş verildi. Halbuki tədbirin mahiyyətinə uyğun olaraq Məsud Pezeşkian Azərbaycan türkcəsində danışması daha məntiqi idi.

İranda türkcə iki beytin deyilməsinə dözməyən siyasi-ideoloji sistem Azərbaycan dilində çətin məktəb açar. Bu hakimiyyətin türk dili və mədəniyyətinə baxışı, yanaşması Rza və Məhəmmədrza şah pəhləvilərin əməllərindən heç nə ilə fərqlənmir.

Təzadlı vəziyyətdir. Prezident İlham Əliyev Azərbaycan dilinin qoruyucusu, təbliğatçısı olaraq çıxış edir, İran Prezidenti, türk Məsud Pezeşkiana isə öz dilində danışmaq belə çox görülür.

Hələ ki Beynəlxalq Ana dili günü ilə bağlı Güney Azərbaycanın şəhərlərində bu günün bayram olması uğrunda mübarizə aparılır, milli dildə kitablar, açıqcalar paylanılır.

Sədrəddin Soltan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri