Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Dələduzluqda şübhəli bilinərək İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Rusiyanın Amur vilayətində saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya DİN-in Amur vilayəti üzrə İnterpol Milli Mərkəzi Bürosunun əməkdaşları və Svobodnı şəhər polisinin cinayət axtarışı bölməsinin əməkdaşları birgə əməliyyat keçirərək Azərbaycan vətəndaşını saxlayıblar.
“Azərbaycan tərəfinin məlumatına görə, həmin şəxs etibardan sui-istifadə yolu ilə özgəsinin əmlakını qanunsuz mənimsəməkdə şübhəli bilinir.
Axtarışın təşəbbüskarı Azərbaycan tərəfi olub. Şübhəli Svobodnı şəhəri yaxınlığında saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib və daha sonra ekstradisiya proseduru çərçivəsində Azərbaycana təhvil verilib”, - Rusiya KİV yazır.