Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanıldı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Dələduzluqda şübhəli bilinərək İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Rusiyanın Amur vilayətində saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya DİN-in Amur vilayəti üzrə İnterpol Milli Mərkəzi Bürosunun əməkdaşları və Svobodnı şəhər polisinin cinayət axtarışı bölməsinin əməkdaşları birgə əməliyyat keçirərək Azərbaycan vətəndaşını saxlayıblar.
“Azərbaycan tərəfinin məlumatına görə, həmin şəxs etibardan sui-istifadə yolu ilə özgəsinin əmlakını qanunsuz mənimsəməkdə şübhəli bilinir.
Axtarışın təşəbbüskarı Azərbaycan tərəfi olub. Şübhəli Svobodnı şəhəri yaxınlığında saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib və daha sonra ekstradisiya proseduru çərçivəsində Azərbaycana təhvil verilib”, - Rusiya KİV yazır.
Bu mövzuda digər xəbərlər:Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda tutulub
25 Noyabr 2025 13:16
Rusiyada Azərbaycan vətəndaşı olan qadın saxlanıldı FOTO
18 Fevral 2026 22:57
Beynəlxalq axtarışda olan avtomobillər Rusiyada qeydiyyata alınacaq...
19 İyul 2026 19:45
Rusiyada Azərbaycan vətəndaşı terror şübhəsi ilə saxlanıldı
08 Sentyabr 2025 11:10
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
04 Mart 2026 11:13
Baxış sayı:127
Bu xəbər 31 Oktyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















