Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 3 iyun, AZƏRTAC Azərbaycanın qlobal energetika iqtisadiyyatına töhfəsi sanballı əhəmiyyət daşıyacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında Kaliforniya Universitetinin Berklidəki Haas Biznes Məktəbinin professoru Olaf Qrot bildirib.
Onun sözlərinə görə, süni intellektin və müasir hesablama texnologiyalarının inkişafı enerji istehlakının artmasına səbəb olur.
Professor əlavə edib: “İqtisadiyyatın müxtəlif sektorlarında getdikcə daha çox məlumat emal edə bilməmiz üçün alqoritmlərin səmərəli işləməsi üzrə bütün mümkün enerji mənbələrinə ehtiyac var”.
O.Qrot qeyd edib ki, dünya koqnitiv iqtisadiyyat erasına - əsas aktivlərin və proseslərin intellektual sistemlər və AI tərəfindən idarə olunduğu yeni modelə qədəm qoyub.“İqtisadi artımın növbəti səviyyəsini təmin etmək üçün bizə əldə edə biləcəyimiz bütün enerji növləri - istər neft və qaz, istər bərpaolunan mənbələr, istərsə də nüvə enerjisi lazımdır”, -deyə professor sözlərini yekunlaşdırıb.
Elşən RüstəmovAZƏRTAC-ın xüsusi müxbiriAstana Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.