Beynəlxalq ekspert Azərbaycanın qlobal energetika iqtisadiyyatına töhfəsindən danışıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 3 iyun, AZƏRTAC
Azərbaycanın qlobal energetika iqtisadiyyatına töhfəsi sanballı əhəmiyyət daşıyacaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında Kaliforniya Universitetinin Berklidəki Haas Biznes Məktəbinin professoru Olaf Qrot bildirib.
Onun sözlərinə görə, süni intellektin və müasir hesablama texnologiyalarının inkişafı enerji istehlakının artmasına səbəb olur. Professor əlavə edib: “İqtisadiyyatın müxtəlif sektorlarında getdikcə daha çox məlumat emal edə bilməmiz üçün alqoritmlərin səmərəli işləməsi üzrə bütün mümkün enerji mənbələrinə ehtiyac var”. O.Qrot qeyd edib ki, dünya koqnitiv iqtisadiyyat erasına - əsas aktivlərin və proseslərin intellektual sistemlər və AI tərəfindən idarə olunduğu yeni modelə qədəm qoyub.
“İqtisadi artımın növbəti səviyyəsini təmin etmək üçün bizə əldə edə biləcəyimiz bütün enerji növləri - istər neft və qaz, istər bərpaolunan mənbələr, istərsə də nüvə enerjisi lazımdır”, -deyə professor sözlərini yekunlaşdırıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:112
Bu xəbər 03 İyun 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















