Icma.az bildirir, Xalq qazeti portalına istinadən. BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçı
Xeyriyyə məqsədilə təşkil olunmuş bazarda şəhər sakinlərinə müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və f
Azərbaycanın Avstriyadakı səfirliyi hər il olduğu kimi, bu il də ölkəmizi tədbirdə təmsil edib.
Festival-bazarda Azərbaycan üçün qurulmuş ayrıca guşədə milli suvenirlər, xalq sənəti nümunələri, eləcə də məhsullar nümayiş etdirilib.
Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər.
"Beynəlxalq Festival-Bazar"da dünyanın 80-dən artıq ölkəsinin milli mətbəxi, suvenir və əl işləri təqdim edilir, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar.
Milli folklor qruplarının da iştirak etdiyi bazarda müxtəlif ölkələrin təqdim etdiyi hədiyyələr xeyriyyə məqsədilə lotereya oyununda uduşa çıxarılır.
BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir.