Icma.az
close
up
RU
Beynəlxalq festivalda Azərbaycan məhsulları təqdim olunub

Beynəlxalq festivalda Azərbaycan məhsulları təqdim olunub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə noyabrın 30-da Vyanada “Austria Center Vienna” konqres mərkəzində sayca 55-ci "Beynəlxalq Festival-Bazar" təşkil olunub.

Xeyriyyə məqsədilə təşkil olunmuş bazarda şəhər sakinlərinə müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək imkanı yaradılıb.

Azərbaycanın Avstriyadakı səfirliyi hər il olduğu kimi, bu il də ölkəmizi tədbirdə təmsil edib. Festival-bazarda Azərbaycan üçün qurulmuş ayrıca guşədə milli suvenirlər, xalq sənəti nümunələri, eləcə də məhsullar nümayiş etdirilib.

Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. "Beynəlxalq Festival-Bazar"da dünyanın 80-dən artıq ölkəsinin milli mətbəxi, suvenir və əl işləri təqdim edilir, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar. Milli folklor qruplarının da iştirak etdiyi bazarda müxtəlif ölkələrin təqdim etdiyi hədiyyələr xeyriyyə məqsədilə lotereya oyununda uduşa çıxarılır.

BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir. Gildiya hər il təşkil olunan festivaldan əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir. Ötən il əldə edilmiş 80 min avroyadək vəsait dünyanın 11 ölkəsində yardım layihələrinə sərf olunub.

UNWG azərbaycanlı üzvləri ilə sıx əməkdaşlıq edir. Bu ilin oktyabr ayında Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində təşkilatın üzvləri üçün Azərbaycan haqqında tanıtım tədbirinin təşkil olunması da bu əməkdaşlığın nəticəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri